İyulun 31-də Batumidə Rusiyadan gələn səyahət gəmisinə qarşı keçirilən etiraz aksiyasında həbs edilənlər Daxili İşlər Nazirliyinin əməkdaşlarını, o cümlədən Acara Polis İdarəsinin Batumi şöbəsinin rəisi İrakli Dqebuadzeni vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıqda ittiham ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aksiyada xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə inzibati qaydada həbs edilən 23 nəfər arasında “Droa” partiyasının Batumi təşkilatının rəhbəri Qenri Dolidze də olub. “Gürcüstan polisi məni rus çəkməsi ilə döydü. Hansı olduğunu bilmirəm, amma tanıyacağam!”, - Dolidze bu gün Senakinin müvəqqəti saxlanma tədricxanasından Batumi Şəhər Məhkəməsinə aparılmazdan əvvəl deyib. Daha sonra o, həbsi zamanı ona edilən zorakılıqlardan mediaya geniş danışıb:
“Məni bəndin çolündə tutdular. Abxaziya müharibəsi veteranını saxlayırdılar, əllərimi qaldırıb qışqırırdım – bu, Abxaziya müharibəsinin veteranıdır, Rusiyaya görə onu həbs etməyin dedim. Camaat bunu eşidəndə həmin şəxsi polislərin əlindən qoparıb aldı.
Bu zaman xüsusi təyinatlı idarənin əməkdaşları - sən ki, veteran deyilsən deyib söydülər və məni tutub bəndin içərisinə sürüklədilər, mühasirəyə aldılar, uzandırdılar, qollarıma qandal vurdular və təpiklə vurdular. Başımdan təpiklə vurdular, kriminal polislərdən biri gəlib soruşdu ki, bu hansıdır. Başını qaldırdıqda məni tanıdı və sifatimə təpiklə vurdu. Tanıdığım qədərilə, məni kobud, ağızaalınmayacaq sözlərlə söyən İrakli Dqebuadze idi və o, məni tanıyandan sonra fiziki olaraq da mənə hücum etdi”, - deyən Qenri Dolidze ona qarşı siyasi hesablaşma həyata keçirildiyini qeyd edib.
Polis mitinqdə “Vahid Milli Hərəkat” Partiyasınnın Ali Şuransının üzvü Levan Antadzenin oğlu İlia Antadzeni də saxlayıb.
“Mən sadəcə dayanmışdım, qarşımda bir kişi ilə əlbəyaxa olmuşdular. Bu zaman, baban yaşında adamla necə davranırsan dedim? Bu zaman arxamdan bir polis gəldi və məni polislərin arasına atdı. Qabırğalarımdan və Budlarımdan vururdular. Mən polisin həbs qərarı vermələrinə səbəb olacaq heç bir şey etmədim. Məni tutdular, fiziki hücum etdilər və şifahi təhqir etdilər”, - İlia Antadze deyir.
Batumi Şəhər Məhkəməsi Qenri Dolidze və İlia Antadzenin işlərinə bu gün baxmalı idi, lakin iclaslar təxirə salındı.
Aksiyada saxlanılan ukraynalı qadın da polislərin aqressiv münasibətindən danışır: “Mənimlə çox kobud rəftar edirdilər. Həbs videosu var və hər şey normal görünür, amma heç kim video çəkməyəndə və məni maşına mindirənə qədər həddindən artıq güc tətbiqi var idi. Bayrağa bükülmüşdüm, çıxarırdılar və tutdum, icazə vermədim, bu vaxt əllərimi burudular, barmaqlarımı sındırırdılar, bir neçə dəfə vurulmzərbə də aldım. Bədnimdə göyərtilər indi də var”, - Marina Çobaniani deyir.
Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarının aksiya iştirakçılarına qarşı vəzifə səlahiyyətlərini aşması faktı ilə bağlı araşdırmalara başlayıb. Qurumdan verilən məlumata görə, araşdırmalara Xalq Müdafiəçisi və Daxili İşlər Nazirliyinin təcridxanalarından daxil olan məlumat əsasında başlanılıb.
Soçi limanından yola düşən Rusiya vətəndaşlarının səyahət etdiyi “Astoria Grande” səyahət gəmisi iyulun 31-də, səhər saatlarında Batumi limanına daxil olub. Bu, bir həftə ərzində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları, habelə “Rusiya işğalçıdır” yazıları olan vətəndaşlar tərəfindən qarşılanan gəminin ikinci səfəri olub. Daxili İşlər Nazirliyi limanda patrul və kriminal polis qüvvələrini, o cümlədən xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edib, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları gün ərzində xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmamaq bəhanəsi ilə etiraz aksiyasının iştirakçısı olan 23 nəfəri həbs edib. Rus turistlərin bir qismi polisin köməyi ilə Batumiyə getmək üçün gəmidən düşə bilib.
Səyahət gəmisi günün sonunda Batumi limanından planlaşdırılandan bir neçə saat tez ayrılaraq Türkiyəyə yollanıb. Gəminin rəsmi saytında dərc edilən məlumata görə, avqustda və sonrakı aylarda planlaşdırılan oxşar səfərə Batumidə dayanma daxil olmayacaq. Proqramda dəyişiklik yəqin ki, Batumidə keçirilən aksiyalardan sonra tətbiq edilib.