Səfərbərlik elan edildikdən sonra Federasiyanı tərk etməyə cəhd edən Şimali Qafqazda yaşayan Rusiya vətəndaşlarının Gürcüstana buraxılmasına icazə verilmir. Çeçen bloger və müxalifət fəalı Tumso Abduraxmanovun sözlərinə görə, çeçenlər bir neçə gündür ki, Yuxarı Larsın yaxınlığında, neytral zonadadırlar. Abduraxmanov sərhəddə çəkilmiş foto və videogörüntüləri yayıb, orada insanların yerdə yatdığını görmək mümkündür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qafqazlıların sərhədi keçməsinə icazə verilmir, ancaq Rusiya Federasiyasının digər vətəndaşları buraxılır. Pasport nəzarətindən keçib dərhal 222-ci idarəyə göndərirlər, sonra geri qaytarırlar. Bu, çeçenlərin və vaynaxların başına gəlir”, - videoda sərhəddə olan bir adam deyir.
Partiya “Lelo”nun üzvü İrakli Kupradze yazır ki, onun dostları, Qroznıdan gələn 21 və 30 yaşlı çeçen qardaşları Gürcüstana buraxmayıblar:
“Üç gün növbəyə dayandılar. Onlar Rusiya sərhəddini keçiblər, lakin Gürcüstan tərəfi onları buraxmaqdan imtina edib. Bu arada, Qroznıda onların ölkəni tərk etdiklərini eşitdilər, zəng etdilər və polisə çağırıldılar - fərarilikdə günahlandırıldılar və satqın damğası vurdular.
Onların geri qayıtması işgəncə, ölüm və məcburi şəkildə Ukrayna cəbhəsinə göndərilmək deməkdir. Onlar neytral hissədə, iki sərhəd arasında dayanıblar, Gürcüstana girə bilmirlər və qorxudan geri qayıda bilmirlər”, - deyə Kupradze deyir.
Şimali Qafqazda səfərbərliyə qarşı nümayişlər keçirilir. Sentyabrın 23-də Ramzan Kadırov Qroznıda anaların etiraz çıxışını elan etdikdən sonra Çeçenistanda səfərbərliyin ləğv olunduğunu elan edib. “Mən Çeçenistan əhalisini, xüsusən də sevimli və hörmətli analarımızı sakit olmağa çağırıram”, - Kadırov deyib. O, bu qərarını Çeçenistanın hərbi xidmətə çağırış planını artıq 254% yerinə yetirməsi ilə izah edib.
Rusiya Federasiyasında səfərbərlik elan edildikdən sonra vətəndaşlar kütləvi şəkildə ölkədən qaçır. Nəşr “Novaya qazeta. Avropa” Rusiya prezidentinin administrasiyasındakı öz mənbəsinə əsaslanaraq yazır ki, artıq 261 min kişi Federasiyanı tərk edib. Bununla əlaqədar olaraq sentyabrın 28-dən hərbi xidmətə çağırılacaq vətəndaşlar üçün sərhədlərin bağlanması nəzərdə tutulur.
Bir neçə gündür ki, Rusiya-Gürcüstan sərhədində Rusiya vətəndaşlarının uzun növbəsi dayanır. Yuxarı Lars keçid məntəqəsini keçmək üçün 20-40 saat gözləyirlər. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, bu gün, sentyabrın 26-da səhər saat 6-da keçid məntəqəsinin qarşısında 2500 yüngül avtomobil dayanmışdı, gecə-gündüz ərizində isə 1890 nəqliyyat vasitəsi keçib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də Ukrayna cəbhəsinə səfərbərlik elan edib. Putinin bəyanatına görə, “ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisasa və müvafiq təcrübəyə malik olanlar” hərbi xidmətə çağırılacaq. Əslində hərbi komissarlıqlar kişiləri fərq qoymadan orduya qəbul edirlər. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, qondarma Qismən səfərbərlik çərçivəsində 300 min vətəndaşın hərbi xidmətə çağırılması planlaşdırılır, lakin KİV yazır ki, Putinin Kremlin saytında dərc olunan fərmanında bir milyona yaxın insanın hərbi xidmətə çağırılmasından bəhs edən qapalı bənd var. Kreml bu məlumatı yalan adlandırır.