Gürcüstan və Almaniya arasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan saziş imzalanıb. Tbilisidə səfərdə olan Almaniyanın federal daxili işlər naziri Nensi Fezerin dediyi kimi, Gürcüstan vətəndaşlarının Almaniyada sığınacaq tapmaq şanslarının aşağı olduğunu bilmələri üçün məlumat kampaniyası aparılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İşçi qüvvəsinin və mütəxəssislərin cəlb edilməsi prosesi davam edəcək. Biz dairəvi miqrasiyanı gücləndirəcəyik və Almaniya bazarında Gürcüstan vətəndaşları üçün daha yaxşı iş imkanları yaratmağa diqqət yetirəcəyik.
Bizə çox yüksək ixtisaslı işçilər lazımdır, həmçinin təhsil sahəsində mübadilə, elm adamlarının mübadiləsi vacibdir. Biz bütün bunları daha da gücləndirəcəyik. Miqrasiya sazişimiz bizi hər iki ölkədə qeyri-qanuni miqrasiyanın azalacağı nöqtəyə gətirəcək”, - deyə qeyd edən Nensi Fezer bu ilin avqustunda Almaniya tərəfindən Gürcüstana təhlükəsiz ölkə statusunun verilməsini də vurğulayıb.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, saziş imzalandıqdan sonra iş vizalarının alınması sadələşdiriləcək.
“Başqa cür məlumat yayıldı ki, guya bu gündən vətəndaşlarımız gətiriləcək, ölkəni tərk etdirəcəklər. Bu yalandır! Readmissiya illərdir həyata keçirilir və davam edəcək”, - Qomelauri bildirib.
Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) məlumatına görə, bu ilin yanvar-iyun aylarında Gürcüstanın 14 048 vətəndaşı Avropa İttifaqından sığınacaq tələb edib. Müraciətlərin 40%-i Almaniya, 28%-i Fransa üçün doldurulub. Üçüncü ən populyar ölkə İtaliyadır. Ondan sonra İrlandiya, Yunanıstan və Belçika gəlir.
“Deutsche Welle”nin məlumatına görə, 2023-cü ilin ilk altı ayında Almaniyadan 7861 nəfər deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Deportasiya edilənlərin ən çoxu, 705-i Gürcüstan, 665-i Şimali Makedoniya və 659-u Əfqanıstan vətəndaşıdır.