Gürcüstan və Ermənistan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşdən sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tbilisidə hökumət administrasiyasında keçirilən brifinqdə Ğaribaşvili Gürcüstan və Ermənistan arasında iqtisadi əlaqələrdən danışıb.
“Məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. Ticarət dövriyyəsi artıq bir milyard dolları ötüb. Ermənistan Gürcüstan üçün altıncı ticarət tərəfdaşı və ikinci ixrac ölkəsidir. Ötən il Ermənistandan bizə bir milyona yaxın turist və qonaq gəlib ki, bu da ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox vacibdir”, - Gürcüstanın baş naziri bildirib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan və Ermənistan son bir neçə ayda strateji əməkdaşlıq haqqında sazişin imzalanması üzərində işləyir.
“Biz ənənəvi, tarixən çox güclü müttəfiqlərik, dostlarıq, təkcə qonşu deyilik. Bütün istiqamətlərdə çox yaxşı tərəfdaşlığımız var. Biz artıq faktiki olaraq strateji dost və tərəfdaş idik. Bu gün bu vəziyyət rəsmiləşdi və biz strateji tərəfdaşlıq haqqında saziş imzaladıq. Hər iki ölkənin hökumətləri iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirməyə hazırdır”, - Ğaribaşvili bildirib.
Gürcüstanın baş naziri həmçinin regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan hər zaman bu işə öz töhfəsini verməyə hazırdır.
“Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə və ümidlə baxırıq. Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacağını ümid etdiyimizi bildirmək istəyirəm. Bu, şübhəsiz ki, regionda sülhü təşviq edəcək və möhkəmləndirəcək, ölkələrimiz və xalqlarımız üçün vacib olan sabitliyə kömək edəcək”, - deyə İrakli Ğaribaşvili bildirib.
Nikol Paşinani bu gün Gürcüstana işgüzar səfər edib. Tbilisi beynəlxalq hava limanında onu baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili qarşılayıb.
Bu gün Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib, bundan sonra iki ölkənin Nazirlər Kabinetinin üzvləri müxtəlif sənədlər, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.