Gürcüstan vətəndaşı Nukri Kalaşnikov Tsxinvali həbsxanasından azad edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal olunmuş Tsxinvali rayonunun de-fakto təhlükəsizlik xidmətinin məlumatına görə, Gürcüstan vətəndaşı Nukri Kalaşnikov sentyabrın 27-də həbsdən azad edilərək gürcü tərəfinə təhvil verilib.

Nukri Kalaşnikov 2022-ci il iyunun 22-də işğalçı rejim nümayəndələri tərəfindən həbs edilib. İyunun 24-də Tsxinvalinin de-fakto məhkəməsi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci “Dövlət sərhədini qanunsuz keçmə” maddəsi ilə günahkar bilib və 4 ay müddətinə azadlıqdan məhrum edib.

Sentyabrın 23-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi İrakli Antadze Kareli bələdiyyəsinin sakini Nukri Kalaşnikovun həbs edildiyini açıqlayıb.

Tsxinvali həbsxanasında dörd Gürcüstan vətəndaşı qanunsuz həbsdə qalır: Gela İobaşvili, Kaxaber Natadze, Laşa Xetereli və 2021-ci ilin dekabrında həbs edilmiş və 3.8 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze.

Ötən il Rusiya Federasiyasının işğalçı qüvvələri Abxaziya istiqamətində 11, Tsxinvali tərəfdə isə 70 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb. İrakli Bebua işğal olunmuş Abxaziyada qanunsuz həbsdədir. 2020-ci il sentyabrın 30-da Qali rayonunda Abxaziya bayrağını yandırdığı üçün həbs olunmuşdu.

Faktı əks etdirən videoda Bebua bayrağın qəsdən yandırdığını deyir, çünki 27 sentyabrı - Abxaziyada Suxuminin süqut gününü şənliklə qeyd etməyi xoşuna gəlmir və “gürcülərlə abxazların qardaş olmasını istəyir”.

İrakli Bebua bayrağı yandırdıqdan bir neçə dəqiqə sonra həbs edilib. Həmin gün onun evində axtarış zamanı de-fakto milisya tərəfindən əl qumbarası aşkar edilib. Guya Bebua onu öz yastığının altında saxlayırdı. Abxaziyanın de-fakto məhkəməsi Bebuanı 9 il həbsə və 10 min rubl cəriməyə məhkum edib.

İ.Bebuanın yerli vəkili Apollon Gelediyanın sözlərinə görə, ümumi rejimli koloniyada cəza çəkərkən bir gün iki gün kimi sayılır. Buna görə də Bebua 4 il 6 ay həbsdə olacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur