İşğal altında olan Tsxinvali regionundaki Cava Rayon Məhkəməsi 35 yaşlı Qiorqi Mosiaşvilini iki il müddətinə azadlıqdan məhrum edib. O, de-fakto Cənubi Osetiya Respublikasının sərhədini qanunsuz keçməkdə “təqsirli” bilinib. Bu barədə bu gün Rusiya mətbuatı məlumat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qiorqi Mosiaşvili 2023-cü il oktyabrın 31-də işğal altındakı Sinaquri kəndi ilə bitişik ərazidən qaçırılmış Saçxere bələdiyyəsinin Perevi kənd sakinidir. Qiorqinin həmkəndliləri deyiblər ki, o, dostları ilə indi rusların işğalı altında olan çaya balıq tutmağa gedib.
İşğal rejiminin məlumatına görə, Qiorqi Mosiaşvili həbs olunmazdan əvvəl “Cənubi Osetiya” sərhədini qanunsuz keçərək 25 kq forel balığı tutmağa nail olub. Qondarma Məhkəmə həmçinin “Ətraf mühitin mühafizəsi komitəsi”nin iddiasını təmin edib və Gürcüstan vətəndaşı tərəfindən dəymiş maddi ziyanın ödənilməsinə qərar verib.
Bu gün Gürcüstanın 7 vətəndaşı Tsxinvali rejiminin qanunsuz həbsində qalır.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin illik hesabatına əsasən, 2023-cü ildə işğal olunmuş Tsxinvali regionu istiqamətində 37 qanunsuz saxlama faktı qeydə alınıb.