“Gürcüstan Xəbərləri” onlayn nəşri sosial cəhətdən həssas insanların məşğulluğunun təşviqi proqramı ilə bağlı ictimai məlumatların bloklanması ilə əlaqədar İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Tbilisi Şəhər Məhkəməsinə müraciət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təxminən 2 aya yaxındır ki, Səhiyyə Nazirliyi “Gürcüstan Xəbərləri”nə aşağıdakı ictimai məlumatları qəsdən təqdim etmir: proqram çərçivəsində nə qədər insan işlə təmin olunur; Regionlar və təşkilatlar üzrə ictimai işlərin tam siyahısı; 2022-ci il martın 1-dən inzibati orqanlar tərəfindən vakant dövlət iş yerlərinin sayı barədə neçə arayış qeydə alınıb; Sosial müqavilənin neçə nəfərlə bağlanması/xitam verilməsi və s.
Nazirlik media qurumunun təqdim etdiyi inzibati şikayətə də baxmayıb.
Gürcüstan hökuməti 2022-ci ildə ictimai işlərdə məşğulluq proqramını həyata keçirməyə başlayıb. Proqramda 18 yaşından pensiya yaşına kimi olan, yaşayış müavinəti alan, işləməyən və/və ya qeydiyyatda olmayan, reytinq balı 120.000 və ya daha az olan, “Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası”nda qeydiyyatda olan ailə üzvü iştirak edə bilər. Proqram çərçivəsində dövlət hər ay işçiyə təxminən 300 lari ödəyir. Bundan əlavə, dövlət tərəfindən sosial cəhətdən həssas şəxslərə verilən bütün güzəştlər benefisiar üçün 4 il müddətində saxlanılır. Müxtəlif mənbələrə görə,
Proqram çərçivəsində hökumət əsasən “sosial cəhətdən həssas” statusuna malik “Gürcü Arzusu” fəallarını və tərəfdarlarını işə götürür. “Gürcüstan Xəbərləri” bu mövzuda jurnalist araşdırması hazırlayır.
Proqramın icrasına başlandığı gündən 31 mart 2023-cü il tarixinədək 34 227 nəfər sosial cəhətdən həssas şəxsə ictimai işlərə cəlb olunmaq imkanı verilib. Açıq əmək bazarında 11384 nəfər işlə təmin olunub, 1860 nəfərin qeyri-formal fəaliyyəti rəsmiləşdirib.
Nazirlik proqramla bağlı məlumatları Gürcüstan parlamentinin üzvlərindən də gizlədir, baxmayaraq ki, Gürcüstan Konstitusiyasının 43-cü maddəsinə əsasən, parlament üzvünün hökumətə, parlament qarşısında cavabdeh olan digər quruma, hökumət üzvünə, bütün növ ərazi vahidlərinin hökümət orqanına, dövlət müəsisələrinə sual ünvanlamaq səlahiyyətinə malikdir. Parlament üzvünün sualına vaxtında və dolğun cavab vermək məcburidir.