Gürcüstan hökuməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Gürcüstanda uşaqları olan aztəminatlı ukraynalı ailələrə birdəfəlik maddi yardım göstərəcək. 2022-ci il 1 fevral tarixindən sonra Gürcüstana gələn ailələr hər uşaq üçün 470 lari alacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Maddi yardımı almaq üçün ukraynalı uşaqların valideynləri/qanuni nümayəndələri bu ilin mart ayının 1-dək Sosial Xidmətlər Agentliyinin ərazi və regional idarələrinə müraciət etməli, özləri və uşağın pasportunu/doğum haqqında şəhadətnaməni gətirməlidirlər. Maraqlanan şəxslər suallarla bağlı 1505 qaynar xəttinə zəng edə bilərlər.
Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andrey Kasyanovun sözlərinə görə, 2022-ci ilin noyabrına olan məlumata görə, ötən il fevralın 24-dən bu yana ümumilikdə 182 min ukraynalı Gürcüstana daxil olub, onlardan 25 mini Gürcüstan ərazisində qalıb. BMT-nin Qaçqınlar üzrə Agentliyinin Gürcüstan ofisinin məlumatlarına əsaslanaraq Kasyanov deyir ki, həmin dövrdə Gürcüstana 1 milyon 268 min rus və 149 min belarus daxil olub. Onlardan 116 min Rusiya vətəndaşı Gürcüstanda qalırdı.
Ukrayna vətəndaşlarının əksəriyyəti Gürcüstan ərazisindən digər ölkələrə, əsasən də Avropaya tranzit üçün istifadə edir. Andrey Kasyanov ukraynalı qaçqınların ölkədə uzun müddət qalmasına mane olan amillər kimi Rusiya vətəndaşlarını - “Putinin və onun Ukrayna əhalisinə qarşı soyqırım siyasətinin qeyri-adi dərəcədə çoxlu quduz tərəfdarlarını” və həmçinin bunların səbəb olduğu mənzillərin və ərzaq məhsullarının bahalaşmasını göstərir. Ukrayna səfirinin məlumatına görə, ən çox ukraynalı Gürcüstanın böyük şəhərlərində Tbilisi, Batumi və Kutaisidədir.