“Gürcüstanın namizəd statusu dayandırılmalıdır” - 31 Avropa Parlamenti deputatının Borelə məktubu

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Komissiyasının 31 deputatı Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelə məktub ünvanlayıb. Onlar Avropa İttifaqından Gürcüstanın namizəd ölkə statusunun dayandırılması da daxil olmaqla tədbirlər görməsini tələb edirlər ki, bu da ölkə hakimiyyətinə açıq siqnal olacaq.

“Gürcüstan hakimiyyətinin israrlı qeyri-demokratik davranışı, xüsusən xarici agentlər haqqında “rus tipli” qanunun qəbulunda, dinc nümayişçilərin susdurulmasında və güc tətbiqində aqressivliyi sərhəddi keçib. Bu cür davranış Gürcüstan siyasətində və cəmiyyətində gərginliyi və qütbləşməni daha da artırıb ki, bu da Gürcüstan hökumətinin ölkəyə Aİ statusu verilərkənöhdəsinə götürdüyü 9 addıma ziddir və Aİ tərəfindən diqqətdən kənarda qala bilməz.

Mən sizi qəti mövqe tutmağa və Gürcüstan hakimiyyətinə aydın siqnal verəcək aşağıdakı tədbirləri görməyə çağırıram.

  • Birincisi, Gürcüstan hökumətinin və aparıcı partiya olan “Gürcü Arzusu”nun davranışı Aİ-yə namizəd ölkənin öhdəliklərinə ziddir. Ona görə də üzvlük prosesində əlavə irəliləyiş əldə olunmadan Gürcüstanın namizəd statusu dayandırılmalıdır.
  • İkincisi, Gürcüstanın dövlət büdcəsinin və hökumət proqramlarının Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinə yenidən baxılmalıdır.
  • Üçüncüsü, Gürcüstanın Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində yer alan doqquz addımın həyata keçirilməsində irəliləyişinin aralıq qiymətləndirilməsi əlavə gecikmə olmadan aparılmalıdır. Bu tədbir parlamentin 25 aprel 2024-cü il tarixli “Gürcüstanda xarici agentlər haqqında qanunun yenidən tətbiqinə cəhdlər və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında” qərarında yer alıb.

Biz son illər gürcü xalqını və onun Avropa İttifaqına üzv olmaq istəklərini dəstəkləmək üçün yorulmadan çalışmışıq. Biz bu məsələdə möhkəm dayanırıq, lakin demokratik meyarlar bütün Aİ-yə namizəd ölkələr üçün eynidir və onlara hörmət edilməlidir”, - Petras Outreviçius, Viola von Kramon, Qay Verhofstadt, Riho Teras, Theis Roten, Olivier Kastel, Andryus Kubilius, Karen Melkior, Miriam Leksman, Rasa Yukneviçiene, Maykl Qaleri və başqaları tərəfindən imzalanmış məktubda deyilir.

“Gürcü Arzusu”ndan Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Avropa Parlamentinin deputatlarının müraciətinə cavab verib. Onun sözlərinə görə, məktubu imzalayan deputatlar bu fikirləri Avropa Parlamentinin qətnaməsində qeyd edə bilərdilər.

“Qətnamədən kənar deyiləsi nələri qalıb bilmirəm, lakin, bu Avropa Parlamenti deputatları üçün əlavə alətdir ki, birtəhər etiraz kampaniyasına təkrar-təkrar kömək etsinlər və Gürcüstanda əlavə, yeni xəbər yaratsınlar”, - Boçorişvili bildirib.

“Gürcü Arzusu” gələn həftə rus qanununu üçüncü oxunuşda müzakirə edib qəbul etməyi planlaşdırır. Cozef Borel dəfələrlə bəyan edib ki, bu qanun Avropa İttifaqının dəyərlərinə uyğun gəlmir və onun qəbulu Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə mənfi təsir göstərəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur