“Gürcü arzusu” 25%, “Milli Hərəkat” 12% - İRİ araşdırması

Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) ictimai rəy sorğusuna əsasən, bazar günü parlament seçkiləri keçirilsəydi, respondentlərin 25%-i “Gürcü arzusu”, 12%-i “Vahid Milli Hərəkat”a səs verəcək, 16%-i isə kimə səs vərəcəyini bilmir.

Araşdırmaya görə, respondentlərin 3-3%-i Giorgi Qaxariyanın “Gürcüstan naminə” və Zurab Caparidzenin “Qirçi – daha çox azadlıq” partiyasını dəstəkləyəcək. Partiyalar – Strategiya Aqmaşenebeli”, Droa”, Əmək Partiyası, Xalq Naminə, Qirçi, Vətənpərvərlər Alyansı - Davit Tarxan Mouravi və İrma İnaşvili 2 % dəstək alıb. Respondentlərin 1-1%-i Lelo, Vətəndaşlar, Mühafizəkarlar Hərəkatına- Alt-İnfoya səs verəcək.

Respondentlərin 11% bülleteni korlayacağını, 6 faizi səsvermədə iştirak etməyəcəyini bildirib. Respondentlərin 7%-i tədqiqatçıların sualına cavab verməyib.

Heç bir halda hansı partiyalara səs verməyəcəksiniz sualına (respondentlər maksimum üç partiyanın adını çəkə bilər) cavablar belə bölünüb: “Vahid Milli Hərəkat” – 33%; Gürcü arzusu - 30%; Vətənpərvərlər Alyansı - Davit Tarxan Mouravi və İrma İnaşvili - 18%; Mühafizəkar hərəkat - alt-info - 15%; “Avropa Gürcüstanı” – 14%; “Qii – daha çox azadlıq” – 12%; Qii” - 12%.

Respondentlərin 34%-i müxalifətin növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini birmənalı şəkildə dəstəkləyir, 34%-i isə birmənalı olaraq bu tələbin əleyhinədir.

Respondentlərin 72%-i qarşıdan gələn seçkilərdə yeni siyasi partiyalar görmək istəyir ki, bu da bu ilin mart ayında qeydə alınan rəqəmdən (60%) 12% çoxdur. Respondentlərin 22%-i hazırkı seçimlərdən razıdır.

İRİ-nin sifarişi ilə aparılan araşdırma 13 sentyabr - 2 oktyabr 2022-ci il tarixləri arasında üzbəüz müsahibələr vasitəsilə aparılıb. Tədqiqatda səsvermə hüququna malik və yaşı olan 1500 respondent iştirak edib. Səhv marjası +/- 2,5%, cavab nisbəti 74% təşkil edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur