Daha bir gürcü döyüşçü, 27 yaşlı Caba (Cambulat) Xoperiya Ukraynada həlak olub. Mərhumun atası Arçil Xoperiya məlumatı təsdiqləyib. İlkin məlumata görə, o, Rusiyanın müharibədə istifadə etdiyi kimyəvi maddədən zəhərlənib, xəstəxanaya yerləşdirilib, lakin intoksikasiya ila ölüb.

Cambulat Xoperiya güc triatlonu üzrə 2014-cü il Dünya Kubokunun qalibi olub.

Mərhumun əmisi və atası Abxaziyadakı müharibədə vuruşublar. Onun əmisi, 25 yaşlı Cambulat Xoperiya Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə özünü qurban verib. 24-cü briqadanın desant-hücum qrupunun komandiri 1993-cü il aprelin 15-də Ləşkəndərin zirvəsində, Tkvarçeli yaxınlığında şəhid olub. III dərəcəli Qorqasli ordeni ilə təltif edilmişdir.

Mərhumun ailəsi Lançxuti bələdiyyəsindəndir.

Caba (Cambulat) Xoferiya Rusiyanın Ukraynada başlatdığı müharibədə həlak olan 27-ci gürcüdür:

  1. Konstantin Kursua - Kiyev vilayəti, 2022-ci ilin noyabr ayı 
  2. Levan Saxelaşvili - Baştanka, Mikolayev vilayəti, 2022-ci ilin noyabr ayı
  3. Qurqen (Quqa) Qaqnidze - Donetsk vilayəti, Baxmut, 2022-ci ilin oktyabr ayı
  4. Aleksandre Martiaşvili – Xerson2022- ci ilin oktyabr ayı
  5. Mixeil Kaplanişvili – Luqansk vilayəti2022- ci ilin oktyabr ayı
  6. Edişer Kvaratsxelia – Donetsk vilayəti, 2022- ci ilin oktyabr ayı;
  7. Gela Gogia – Donetsk vilayəti, 2022-ci ilin avqust ayı;
  8. Berdia Coxadze – Xerson vilayəti, 2022-ci ilin avqust ayı
  9. Kaxa Qoqoli -  Luqansk vilayəti, 2022-ci ilin iyul ayı;
  10. Aluda Zviadauri  - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  11. Kirile Şanava - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  12. Daniel Gerliani - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  13. Giorgi Grigolia - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  14. Rati Şurğaya – Xarkov vilayəti, İzyum, 2022-ci ilin may ayı;
  15. Telman (Tato) Bigvava – Donetsk vilayəti, Mariupol, “Azovstal”, 2022-ci ilin may ayı;
  16. Vitali Orbeladze – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  17. Zaza Bitsadze – Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
  18. Alika Tsaava - Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
  19. Arkadi Kasradze - Luqansk vilayəti, Rubejnoye, 2022-ci ilin aprel ayı;
  20. David Menabdişvili – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  21. Nika Şanava - Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  22. David Gobecişvili – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  23. Baxva Çikobava – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  24. David Ratiani - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  25. Gia Beriaşvili - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  26. Oleq Gegeçkori - Kiyev vilayəti, 2022-ci ilin mart ayı.
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur