“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini Ukraynadakı “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlayacağına söz verib. Onun sözlərinə görə, hazırda “Vaqner” Rusiya Müdafiə Nazirliyinin Rostov-Dondakı hərbi obyektlərinə, o cümlədən aerodroma nəzarət edir. Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Ötən gecə Moskvanın mərkəzinə də hərbi texnika çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vaqner” özəl hərbi şirkətinin komandirlər şurası belə bir qərar qəbul etdi: Rusiya hərbi rəhbərliyinin gətirdiyi şərin qarşısı alınmalıdır. Onlar əsgərlərin həyatınlarına məhəl qoymurlar, “ədalət” sözünü unudublar və biz onu qaytaracağıq. Ona görə də, bu gün bizim oğlanlarımızı və on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzalarını alacaqlar. Xahiş edirik ki, heç kim bizə müqavimət göstərməsin... Bizə müqavimət göstərən hər kəs təhdid sayılacaq və yolumuza mane olan hər kəs, o cümlədən bütün blokadalar dərhal məhv ediləcək. Hər kəsdən xahiş edirəm ki, dincliyini qorusun, təxribatlara başlamasın, öz evində qalsın. Biz rus əsgərlərini məhv edib öhdəsindən gələcəyik və sonra da cəbhəyə qayıdacağıq”, - deyə Priqojin bildirib.
O, Rusiya əhalisini onlara qoşulmağa çağırıb: “Biz 25 minik və ölkədə bu iğtişaşın niyə baş verdiyini öyrənməyə gedirik. 25 min nəfər bizi taktiki ehtiyat şəklində gözləyir, strateji ehtiyat isə bütün ordu və bütün ölkədir. İstəyi olan bizə qoşula bilər. Biz bu qarışıqlığa son qoymalıyıq”.
Bu gün Yevgeni Priqojini Cənub Hərbi Dairəsinin Rostov-Don şəhərində Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev görüşüb. Görüşdə Priqojin bildirib ki, o, Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu “qəbul etmək” istəyir. Onlar gələnə qədər biz burada olacağıq, Rostov şəhərini blokadaya alıb Moskvaya doğru gedəcəyik”, - Priqojin bildirib.
Rusiya Müdafiə Nazirliyi “Vaqnerlilər”in mövqelərinin bombalanmasını təkzib edir və Yevgeni Priqojinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını və təxribat olduğunu bildirir. Nazirlik “Vaqnerlilər”i “ehtiyatlı olmağa” çağırır. Müdafiə Nazirliyinin məlumatına görə, onlar dələduzluq yolu ilə “Priqojinin kriminal avantürası və silahlı üsyanı”nda iştirak ediblər.
Hələlik nə Şoyqu, nə də Gerasimov Priqojinin hərəkətlərini şərh etməyiblər.