Həyat yoldaşına qarşı zorakılıqda təqsirləndirilən Tkibuli şəhər meriyasının əməkdaşı 5000 lari girov müqabilində azadlığa buraxılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kutaisi Şəhər Məhkəməsinin hakimi Nikoloz Marqvelaşvili uşaqların gözü önündə həyat yoldaşına qarşı zorakılıq etməkdə təqsirləndirilən Tkibuli meriyasının satınalma xidmətinin rəhbəri Jondo Kasraşvili barəsində 5 000 lari girov ödəməsi seçib.

“Mən istəyirəm ki, ərim uşaqlarımın xatirinə həbsdə olmasın, çünki o, inanılmaz bir atadır. Uşaqlar atalarını çox sevirlər”, - deyə Jondo Kasraşvilinin həyat yoldaşı Nino Sulaberidze bildirib və əlavə edib ki, əri heç vaxt ona fiziki təzyiq göstərməyib.

“Bu, ilk belə bir hadisə idi və yəqin ki, affektiv vəziyyətdə baş verdi” - qadın deyib.

Prokurorluq Kasraşviliyə həbs cəzası istəyib, lakin hakim müdafiə tərəfinin vəsatətini təmin edib. Prokuror Mariam Meladzenin sözlərinə görə, qərardan apellyasiya məhkəməsinə şikayət veriləcək.

45 yaşlı Jondo Kasraşvili yanvarın 15-də saxlanılıb. İş materiallarına görə, sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs gender əsaslı dözümsüzlüyə əsaslanan qarşılıqlı mübahisə zamanı həyat yoldaşına qarşı azyaşlı uşaqlarının iştirakı ilə fiziki zorakılıq edib.

Prokurorluq Jondo Kasraşvilini Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi ilə ittiham edib. Cinayət silahla bağlı hüquqları məhdudlaşdırmaqla və ya məhdudlaşdırmadan 200 saatdan 400 saatadək müddətə ictimaiətin xeyrinə işlər və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2023-cü ilin 9 ayının məlumatına görə, ailə cinayətlərinə görə 4031 nəfərə qarşı cinayət təqibi başlanmış, azadlıqdan məhrum etmə ilə bağlı müraciətlərin faizi isə 91 % təşkil etmişdir. 2023-cü ilin 9 ayında məhkəmə ailə cinayətlərinin qarşısının alınması üçün tədbir kimi həbs cəzası ilə bağlı vəsatətlərin 55%-ni təmin edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur