Raça ilə sərhəddə yerləşən Çiora, Ğebi, Qlola və Niqavzebi kəndlərinin sakinləri etiraz aksiyası keçirərək, hakimiyyətdən Vladimir Putinə yaxın rus oliqarxının şəriki Davit Xidaşeliyə Raça və Kvemo Svanetidə 104 712 hektar meşə sahəsinin49 il müddətinə verilməsi qərarını dərhal ləğv etməsini tələb ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“4 kəndin əhalisi toplaşıb.
Biz etiraza başlayırıq və tələblərimizi yerinə yetirməsi üçün yerli və mərkəzi hakimiyyət orqanlarına bir həftə vaxt veririk.
Yerinə yetirilmədiyi təqdirdə bizə daha çox insan qoşulacaq və biz Oni bələdiyyəsinin meriyası önünə keçəcəyik”, - deyə Raça kəndlərində Raça meşələrinin Xidaşeliyə verilməsi haqqında qərarın ləğv edilməsi üçün 1000-dən çox imza toplayan “Rioni Vadisinin Xilası Naminə” hərəkatının rəhbəri Varlam Qoletiani bildirib.
“Raçaya bu adam kimi ağa lazım deyil və istənilən halda bu lisenziya ləğv olunmalıdır (Xidaşelə ovçuluq təsərrüfatı yaratmaq adı ilə 104 min 712 hektar meşə sahəsi verilib. Red).
İkinci tələb təbiət qoruğunun və ya milli parkın keyfiyyəti ilə heç bir əlaqəsi olmayan Raça Milli Parkına aiddir.
Bura potensial su elektrik stansiyaları tikintisinin planlaşdırıldığı çaylar daxil deyil. Sovet dövründə faydalı qazıntıların çıxarıldığı bütün ərazilər kəsilib. Milli Parka Şkmeridə manqan hasilatı üçün işarələnmiş ərazi daxil deyil. Milli Parka buzlaqlar və Qafqaz silsiləsi daxil edilib. Üzərinə insan ayaq basa bilməz, elə yerdir, yol çəkə bilməzsən, ağac bitməz, faydalı qazıntılar qaza bilməzsən – ora onsuz da mühafizə olunur.
Əslində, həqiqətən qorunmalı və qayğı göstərilməli olanı bir adama, Rusiyada varlanan Davit Xidaşeliyə veriblər. Heç kim həmin əraziyə daxil ola bilməyəcək və nəzarətsiz qalacaq. Biz bütün Raçanı itiririk. Bu məsələni gizlətmək və üzərini örtmək üçün, guya qoruq yaratdıqlarını deyirlər.
Artıq yerli sakinlər meşəyə giriş problemi ilə üzləşiblər. Milli Parkın əleyhinə heç kim yoxdur və biz onun mahiyyətini yaxşı başa düşürük, lakin o, əhalinin torpaqlarından keçməməli və bu kənddə insanların mövcud olduğu yaşayış mühitini əhatə etməməlidir.
Bütün bu kəndlər həmsərhəddir, onsuz da orada düşmən dövlət var və buraları qorumaq üçün yerli camaata deyil də, kimə ümid edək? Əgər ölkədə nəsə baş versə, bu ərazinin müdafiəçisi burada yaşayanlar olacaqlar. Hamımız birlikdə bu insanların qayğısına qalmalıyıq, onların burada qalmaq üçün hər cür şəraiti olmalıdır”, - Varlam Qoletiani bildirib.
O, meşələrin Xidaşelinin şirkətinə verilməsi ilə bağlı yol verilən qanun pozuntularından da danışıb: “Yerli orqanlar yalandan protokollar tərtib ediblər, guya əhalidən xahiş ediblər, insanlar da meşələrin verilməsinə razılıq verib. Əslində heç kimdən heç nə soruşmayıblar”.
“Dağ Xəbərləri” iyulun 17-də – Raça meşələrinin işğalı ilə bağlı jurnalist araşdırması dərc edib. Raçanın meşələri sanksiyaya məruz qalmış rusiyalı oliqarx Vladimir Yevtuşenkovun şəriki Davit Xidaşeliyə bir çox qanun pozuntuları ilə - bu meşələrdən istifadə edən insanlardan, ətraf mühit mühafizəçilərindən, ictimai təşkilatlardan və mediadan gizli şəkildə verilib. On minlərlə hektar ərazinin verilməsi Raçalıların şəxsi mülkiyyətinə təhlükə yaradıb. Bu qərar həm milli qanunları, həm də Avropa konvensiyalarını pozur, ekoloji və tarixi absurdlar yaradır - işğalçının ölkədə nəzarətini öz iradəmizlə, öz əlimizlə, öz qərarımızla rəsmiləşdiririk.
Baş nazir Qiorqi Qaxaria tərəfindən imzalanmış qərar və Milli Ətraf Mühit Agentliyinin rəhbərinin meşələrin Xidaşeliyə köçürülməsi ilə bağlı əmrindən “Yaşıl Alternativ” və Raça icma təşkilatı tərəfindən məhkəməyə şikayət edilib və onlar onun ləğvini tələb edirlər.
“Yaşıl Alternativ” və “Vətəndaş Fəaliyyət Mərkəzi” də Baş Prokurorluğa da müraciət edib. Qeyri-hökumət təşkilatları Oni bələdiyyəsinin keçmiş meri Emzar Sabanadze və onun birinci müavini Dimitri Sakvarelidzeyə qarşı mümkün vəzifə fırıldaqçılığı və rüşvət faktlarının araşdırılmasına başlanılmasını tələb edirlər.
Bu mövzu haqqında:
Bu, rus işidir, düşmənçilik və ölkəyə xəyanətdir - deputatlar Raca meşələrinin köçürülməsi ilə bağlı