Beynəlxalq Respublika İnstitutunun (IRI) ictimai rəy tədqiqatının nəticələrinə görə, ictimaiyyətin 65%-nin “Gürcü Arzusu”nun mart ayında qəbul etməyə çalışdığı “xarici agentlər” qanun layihəsi haqqında məlumatı var. Onların 60%-i hesab edir ki, qanunun qəbulu Gürcüstanın qərb istəklərini alt-üst edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
56% sözügedən qanunun Gürcüstanı Rusiya ilə yaxınlaşdıracağı; məqsədinin vətəndaş cəmiyyəti təşkilatlarını və medianı susdurmaq olduğunu fikri ilə razıdır və ya qismən razıdır. 50% bu qanunun qəbulunun Gürcüstanın milli maraqlarına uyğun olması ilə razılaşmır.
Respondentlərin 31%-i qanun layihəsi haqqında eşitməyib, 3%-i isə suala cavab verməyib və ya “bilmirəm” deyib.
Sizcə, hökumətin hazırkı xarici siyasət kursu necədir sualına respondentlərin 25%-i onun rusiyayönümlü olduğunu, 20%-i onun qərbyönümlülükdən daha çox rusiyayönümlü olduğunu bildirib. Ümumilikdə 38% Gürcüstan hökumətinin xarici siyasətinin qərbyönümlü və ya Rusiyadan daha çox Qərbyönümlü olduğuna inanır. Respondentlərin 17%-nin suala vercək cavabı yoxdur və ya cavab vermək istəmir.
Sorğu iştirakçılarına ölkənin xarici siyasət kursunun necə olması sualı da verilib. 50%-i bildirib ki, o, yalnız Avropa və qərbyönümlü olmalıdır. 32% isə Rusiya ilə münasibətləri saxlamaq şərti ilə qərbyönlü kursun tərəfdarıdır.
89% Gürcüstanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir. Tədqiqata görə, vətəndaşlar Avropa İttifaqına gedən yolda əsas maneələr arasında ölkədəki siyasi qeyri-sabitliyi və Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə öhdəliklərini yerinə yetirməməsini sadalayırlar.
Tədqiqat 4-23 mart 2023-cü il tarixlərində “IRI” Araşdırma Mərkəzi adından Baltik Araşdırmaları və Gelap Təşkilatının nümayəndəsi Dr. Rasa Alishauskine tərəfindən aparılmışdır. Tədqiqat;n çöl işləri “IPM” tərəfindən aparılmışdır. Məlumatlar üzbəüz müsahibələr vasitəsilə toplanıb. Respondent seçimi səsvermə yaşında olan 1500 respondenti əhatə edib. Məlumatlar yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin həcminə görə ölçülüb. Yanılma payı +/- 2,5%, cavab nisbəti 63% təşkil edir.