“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hesab edir ki, seksual qısnamalarda ifşa olunan POS TV-nin təsisçisi Şalva Ramişviliyə qarşı siyasi hücum olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidze də Ramişvili kimi deyir ki, “orkestrləşdirilmiş siyasi hücumu” “Formula” teleşirkətinin sahibi, keçmiş müdafiə naziri Davit Kezeraşvili planlaşdırıb.
“Mən hüquq-mühafizə orqanı deyiləm, ona görə də hüquqi məsələlərlə bağlı şərh verə bilməyəcəm. Bu, hüquq-mühafizə orqanlarının işidir. Siyasi yönünə gəlincə, mən hamını Şalva Ramişviliyə qarşı siyasi hücumu dayandırmağa çağırıram.
Bu, sırf siyasi məqsəd və motivlər ilə diktə edilmiş hücumdur. Ona görə də mən, təbii ki, bu kampaniyanın dəstəkçisi ola bilmərəm. “POS TV üçüncü yerə keçərək “Mtavari Arxi”ni, bütün müxalif kanalları üstələdi və bu, müxalifətin xoşuna gəlmir”, - Kobaxidze bildirib.
Jurnalistin dəqiqləşdirici Şalva Ramişvilinin davranışını qınayırmı və zorakılığa məruz qalmış qadınları dəstəkləyirmi sualına hakim partiyanın sədri belə cavab verib:
“Qadınlara qarşı zorakılığın olduğu bu və ya digər hadisənin ümumi qiymətləndirilməsinə gəlincə, təbii ki, mən bunu pisləyəcəm. Mən hər şeyin təfərrüatını bilmirəm, amma bilirəm ki, bu, Kezeraşvili tərəfindən planlaşdırılan orkestrləşdirilmiş siyasi hücumdur. Kezeraşvili öz cinayətlərinə, televiziyasına baxsın, öz televiziyasındakı insanları sərbəst buraxsın”.
Jurnalistin “Bu qədər qadını Kezeraşvilimi idarə edir?” sualına Kobaxidze “bu qədər pulun olanda bu qədər qadını da idarə edə bilərsən”, - deyə cavab verib.
Son günlərdə hakim partiyanın təbliğatçı telekanalı POS TV-nin qurucusu və baş prodüseri Şalva Ramişvili açıq şəkildə daha beş gənc qadın - Mako Jabua, Anano İaşvili, Qvantsa Budağaşvili, Anania Qaçeçiladze və Miranda Dzirkvadze tərəfindən cinsi qısnamada ittiham edilib. Ramişvili ilə müxtəlif vaxtlarda işəgötürən kimi tanış olub. Anano İaşvili deyir ki, o, Ramişvili tərəfindən cinsi qısnamanın qurbanı, 18 yaşında “İmedi” teleşirkətinə müsahibəyə gəldiyi zaman olub.
“Formula” teleşirkəti Anania Qaçeçiladzenin Şalva Ramişvili tərəfindən cinsi qısnamaya məruz qaldığını sübut edən gizli səs yazısı yayıb. Səs yazısı 2018-ci ildə Anania Qaçeçiladzenin 22, Şalva Ramişvilinin isə 47 yaşı olarkən qeydə alınıb. Ramişvili gizli səs yazısının həqiqiliyini təsdiqləyib, lakin cinayət əlamətlərinin olmadığını bildirib.
Ramişvili digər qadınların ittihamlarını rədd edir və bildirir ki, POS TV-nin reytinqi artdığına görə “böhtan kampaniyası” aparılır. Onun təşkilində isə qadın hüquqlarını müdafiə edən fəal Tatia Samxaradzeni ittiham edir. Samxaradze Şalva Ramişvilini cinsi qısnamada ictimai şəkildə ifşa edən və 2016-2018-ci illərdə məhkəmə davasında ona qalib gələn ilk qadındır.
POS TV xəbər verir ki, pulu Samxaradzeyə “Vahid Milli Hərəkat” partiyasının üzvü, “Formula” teleşirkətinin təsisçisi, keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşı Dimitri Çikovani ödəyib. Martın 24-də POS TV-nin əməkdaşı Natia Beridze 112-yə zəng edərək deyib ki, ola bilsin Tatia Samxaradze qaçırılıb və döyülüb, çünki pulla bağlı Dimitri Çikovani ilə onun arasında münaqişə olub. Bundan sonra polis Çikovaninin evinə gəlib. Onları POS TV-nin çəkiliş qrupu da müşayiət edib. Mümkün cinayət xəbərinin yalan olduğu üzə çıxıb. Samxaradzeni nə qaçırıblar, nə də döyüblər.
Daxili İşlər Nazirliyi Şalva Ramişvilinin qadınlar tərəfindən ictimai ifşa edilməsi ilə bağlı araşdırmaya başlamayıb. “Gürcü Arzusu”nun üzvləri də Ramişvilini dəstəklədiklərini bildiriblər.