Hansı hadisələrin baş verdiyinə dair yekun rəy 2-3 həftədən sonra olacaq - Qedevanişvili Şovi haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Oni Bələdiyyəsi merinin fotosu

“Təxminən iki-üç həftəyə yekun rəyimiz olacaq, hansı hadisələrin baş verdiyi ilə bağlı bütün suallara cavab veriləcək”, - bu gün Qlola kəndində olan Milli Ətraf Mühit Agentliyinin rəhbəri Vasil Qedevanişvili Şovidəki təbii fəlakətlə bağlı bildirib.

Hökumət televiziyalarının verdiyi məlumata görə, Milli Ekologiya Agentliyinin nümayəndələri, geoloqlar və hidroloqlar helikopterlə təbii fəlakət zonasına baxış keçirib, daha sonra Qlola sakinləri ilə görüşüb və fəlakətin səbəblərinə dair agentliyin hazırladığı ilkin rəyi təqdim ediblər.

“Geoloqların bizə dediyinə görə, biz yerli sakinlər də bu vəziyyətlərdən xəbərdarıq ki, nəsə baş verib, bəlkə də, bilmirəm, möcüzədir, buzlaq qopub və bu buzlaq suyun toplanmasına, qayaların uçmasına səbəb olub ki, bütün  bunlar Şovi ərazisində palçıq axını şəklində meydana çıxıb və biz də bilirik ki, necə dəhşətli faciə baş verdi, bütün bunlar çox pis nəticələr verdi. Buna görə kimsəni qınaya bilmərik, istəsən də, istəməsən də, bu dağ yıxılacaqdı, niyə kimsə qabaqcadan xəbər tutmayıb, deyək ki, niyə əvvəlcədən tədbir görülməyib. Bizdə elə vadilər, çaylar var ki, palçıq axınına meyillilikləri məlumdur və kənd ərazisinə təhlükə yaradır. Biz bu vadilərə daha çox diqqət yetirilməsini istəyirik”, - deyə görüşün iştirakçılarından biri Marina Qoşadze deyir.

Vasil Qedevanişvilinin sözlərinə görə,Milli Ətraf Mühit Agentliyin mütəxəssisləri “belə genişmiqyaslı daşqından sonra adətən müşayiət olunan hər hansı əlavə təhlükələri istisna etmək” üçün vadidə monitorinqləri davam etdirəcəklər.

“Praktiki olaraq heç bir təcili təhlükə və belə genişmiqyaslı daşqının yenidən baş verməsi riski yoxdur. Çançaxa və Rion çayında çayda suyun səviyyəsinə nəzarət edən müvafiq səviyyəölçənlərimiz var. Müvafiq olaraq biz bu prosesi daha da aktivləşdirəcəyik.

Vəd verilmişdi ki, regionda ilkin monitorinq sistemlərini daha da gücləndirmək və gələcəkdə belə hadisələrin baş verməsi prosesində daha çox müşahidə mexanizmlərinə malik olmaq üçün bir neçə belə qurğu quraşdıracağıq... suölçənlər, eləcə də meteoroloji stansiyalar, yağışların artması və ya oxşar hadisələrlə əlaqədar olaraq iqlim şəraitinin pisləşməsi barədə bizə əvvəlcədən məlumat verə biləcək bütün mümkün texniki vasitələr quraşdırılacaq. Biz işi mümkün qədər aktivləşdirməyə çalışacağıq”, - Vasil Qedevanişvili bildirib.

Bu gün Qlolada keçirilən görüşdə Oni Bələdiyyəsinin meri Serqo Xidaşeli və Raça-Leçxumi-Svaneti majoritarı olan deputat Qoça Enukidze də iştirak edib.

Avqustun 3-də Raçada Buba dağından gələn palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıblar. Avqustun 3-4-də təbii fəlakət zonasından 210 nəfər təxliyə edilib. Son məlumata görə, 27 cəsəd, həmçinin insan bədəni parçaları tapılıb. İtkin düşən 6 nəfər hələdə axtarılır.

Digər hökumət nümayəndələri isə baş verənlərin qarşısının alınmasının mümkün olmadığını deyirlər ki, müstəqil mütəxəssislər bununla razılaşmır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur