Tbilisi Beynəlxalq Hava Limanında parlament çoxluğunun üzvü Viktor Caparidzeyə rus qanununa səs verdiyinə və Gürcüstanın Avropa gələcəyinə yox dediyinə görə özündən utanmalı olduğunu deyən Mariam Tsitsikaşvili polis tərəfindən inzibati qaydada saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mariam Tsitsikaşvili sosial şəbəkədə video dərc edib və onun sözlərinə görə, hadisənin yalnız bir hissəsini əks etdirir. “Rədd ol”, – deputat vətəndaşa belə müraciət edir və onu həyasız, tərbiyyəsiz adlandırır. Eyni zamanda, Mariam Tsitsikaşvilinin emiqrant övladı olması ilə bağlı sözünə Viktor Caparidze “görünür” cavabını verir.
Mariamın sözlərinə görə, polis əməkdaşları onun və dostu İrina Qurqenaşvilinin pasportlarını əllərindən alarkən insident sonlanıbmış.
“Bir saat ərzində müxtəlif qurumların qara geyinmiş nümayəndələri ancaq bizim iş yerimizlə maraqlandılar. Nəhayət, mənə dedilər ki, 166-cı maddə, “ictimai asayişi pozmaq” bəhanəsi ilə “xırda xuliqan” kimi həbs olunublar, İrinaya isə təyyarəyə buraxılmayacağı bildirilib və yola düşmə zalını tərk etmək məcburiyyətində qoyulub. Mənim məhkəməm tezliklə keçirildi, lakin əlavə sübutların təqdim edilməsi məqsədilə iyunun 19-na təxirə salındı. Polis yəqin ki, dincliyi "pozulan" insanları axtarır”, - “Gürcüstan İslahatları Assosiasiyası”nın (GRASS) əməkdaşı olan Tsitsikaşvili qeyd edir.
Təşkilatın qiymətləndirməsinə görə, Mariam Tsitsikaşvili qeyri-qanuni qaydada saxlanılıb və bu, qisas formasında olub. Təşkilat hadisəyə görə polisin Viktor Caparidzeni saxlamadığı və onun “sərbəst uçduğuna” diqqət çəkir.
Rus qanununu dəstəkləyən deputatların ictimai yerlərdə tənqid edilməsi ilk hal deyil. Çoxluğun digər üzvləri - Eliso Bolkvadze, Viktor Sanikidze və İrakli Zarkua da vətəndaşların narazılığını eşidiblər.
“Rus qanunu asayiş keşikçilərinin görünməmiş səfərbərliyi fonunda bəzən qırmızı, bəzən də sarı mühafizə səviyyələrinin elan edilməsi ilə qəbul edilib. Bilməlidirlər ki, parlamenti üzümüzə bağladıqları üçün insanlar cavab verəcək, harada görsək, onların qərarı ilə bağlı həqiqəti deyəcəyik”, - deyə Mariam Tsitsikaşvili bildirib.
Daxili İşlər Nazirliyi “xarici agentlər” haqqında rus qanununun əleyhdarlarına qarşı zorakılıq faktlarını araşdırmır. İyunun 7-də tələbə hərəkatının lideri Niko Manaqadzeyə hücuma görə heç kim saxlanılmayıb, baxmayaraq ki, cinayəti törətdikləri iddia edilən şəxsləri əks etdirən video yayımlanıb.