“Azadlıq Uğrunda” tələbə hərəkatının təsisçisi, mülki fəal Niko Manaqadze Tbilisi Dövlət Universitetinin birinci korpusunun yaxınlığında hücuma məruz qalıb. Niko Manaqadze hər şənbə universitet yaxınlığında baş nazir İrakli Kobaxidzeni qarşılayan və rus qanununa etiraz edən tələbələrdən biridir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisə şahidlərinin sözlərinə görə, Manaqadze üç-dörd nəfər tərəfindən fiziki zorakılığa məruz qalıb. O başından xəsarət alıb.
“TDU-nun birinci korpusunun həyətindən çıxıb yolu keçərək avtobus dayanacağına tərəf gedirdim və hiss etdim ki, arxadan vuruldum. Mən də əlimi çevirdim. Çanta düşdü, onu götürdüm və özümü müdafiə etməyə çalışdım. Sonra ikinci gəldi, üçüncü, mən artıq mühasirədə idim. Neçə nəfər olduqlarını xatırlamıram. Mən ən azı üçünü gördüm”, - Manaqadze deyir.
Sosial şəbəkələrdə hücum edən olduqları iddia edilən şəxslərin videosu da yayılıb.
Niko Manaqadze “xarici agentlər” haqqında rus qanununa qarşı keçirilən nümayişlərdə fəal iştirak edir və hər şənbə səhəri digər tələbələrlə birlikdə TDU-nun ikinci korpusunda mühazirə oxumağa gələn baş naziri qarşılayır. Ötən şənbə günü İrakli Kobaxidzeni müşayiət edən şəxslər aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər.
Niko Manaqadze sabah, iyunun 8-i, səhər saat 9-a “Kobaxidzeni qarşıla” aksiyasını elan edib.