TDU-da Kobaxidzeyə qarşı keçirilən aksiyanın iştirakçıları fiziki təzyiqə məruz qalıblar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisi Dövlət Universitetinin ikinci korpusu yaxınlığında baş nazir İrakli Kobaxidzenin mühazirəsi ilə paralel keçirilən aksiya iştirakçılarına fiziki təzyiq göstərilib.

Qarşıdurma İrakli Kobaxidzenin qoruma, polis və “Gürcü Arzusu” gənclər təşkilatının nümayəndələrinin köməyi ilə TDU binasını tərk edərkən baş verib. Onu “qul” qışqırtıları ilə yola salıblar.

Aksiya iştirakçılarının dediyi kimi, səhər saat 9-da ikinci korpusa gələn “Kobaxidzenin dəstəsi”nin üzvləri onlara şifahi və fiziki təzyiqlər edib, sonra mühazirə qulaq asmağa aparıblar. TDU tələbələrinin özlərinin ikinci korpusa girişi məhdud olub.

“Baş nazir adlanan bu qorxaq adam universitetdən öz 50 nəfərlik mütəşəkkil “zonder” qrupu ilə birgə çıxdı. O, maşına minən kimi onlar çıxıb bura toplaşan tələbələrə hücum etməyə başlayıblar. Polis bunun qarşısını almaq üçün heç bir tədbir görmədi”, - “Azadlıq Uğrunda” tələbə hərəkatının yaradıcısı Niko Manaqadze deyir.

Şənbə günləri səhər saat 10-da İrakli Kobaxidze TDU-nun hüquq fakültəsinin tələbələri üçün mühazirə oxuyur. “Kobaxidzeni qarşıla” aksiyasını bir gün əvvəl Niko Manaqadze elan etmişdi. İştirakçılar “xarici agentlər” haqqında rus qanununun qəbuluna və “Gürcüstanın ruslaşdırılmasına” etiraz ediblər.

Kobaxidze aksiyaiştirakçıları ilə görüşmədən və jurnalistlərin suallarını cavablandırmadan universitetin ərazisini tərk edib.

Baş nazirin mühazirəsi ilə paralel olaraq TDU-nun ikinci korpusu yaxınlığında mütəmadi olaraq aksiya keçirilir. Aksiya iştirakçıları dəfələrlə hücuma məruz qalıblar.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur