Hökumət 145 min fiziki şəxsin 590 milyon vergi borcunu siləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bu ilə təyin edilən parlament seçkilərinə qədər hökumət fiziki şəxslərin 2021-ci iinl yanvarın 1-dək yaranmış vergi borclarını siləcək. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, vergi amnistiyası 145 min fiziki şəxsə şamil olunacaq və silinəcək borc 590 milyon lari təşkil edir.

“İqtisadi Şurada fiziki şəxslərin vergi amnistiyası ilə bağlı mühüm qərar qəbul etdik. Gürcüstanda vergi borcu olan kifayət qədər sayda fiziki şəxs var və bu səbəbdən onlar iqtisadi fəaliyyətlə məşğul olmaq imkanından məhrumdurlar. Ona görə də müvafiq borcların silinməsinə qərar verdik, xüsusən də bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 2021-ci il yanvarın 1-dək yaranmış və ödənilməmiş vergi borcları, onlarə əlavə olunan ödənişlər də daxil olmaqla, tam silinəcək”, - Kobaxidze.

Parlament seçkiləri 26 oktyabr 2024-cü ildə keçiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur