Hökumət bugünkü iclasda Gürcüstanda yamac paraşütçülüyü kommersiya, qeyri-kommersiya və təlim uçuşlarını tənzimləyən müvəqqəti qaydanı təsdiqləyib. Müvəqqəti qayda eksperimental və nümayiş uçuşlarına şamil edilmir, lakin hökumət administrasiyasına görə, bu cür uçuşların yerinə yetirilməsi üçün müəyyən tələblər müəyyən edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Layihə prosesdə iştirak edən şəxslərin hüquq və öhdəliklərini, uçuş yerinin uyğunluğunun müəyyən edilməsi tələbini və müvafiq qaydanı, operatorun sertifikatlaşdırılma məsləsini, uçuş həyata keçirən şəxsə dair tələbləri, uçuş həyata keçirən şəxslərin kateqoriyalarını/alt kateqoriyalarını, onların təyin edilməsi/tanınması və sınaqdan keçirilməsi qaydasını, yamac paraşütünün və onun elementlərinin yararlılığının müəyyən edilməsi tələbi və müvafiq proseduru, Federasiyanın səlahiyyət, hüquq və öhdəliklərini, Nəzarət Federasiyasının fəaliyyətini, qaydada nəzərdə tutulmuş müvafiq fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilmiş məbləğlərin miqdarıvə s. əhatə edir.
Müvəqqəti qayda müvafiq qanunvericilik aktı qəbul olunana qədər yamac paraşütü ilə uçuşları tənzimləyəcək.
Mədəniyyət, İdman və Gənclər Naziri Tea Tsulukianinin sözlərinə görə, bu qaydanın hazırlanmasında iştirak edən Yamac Paraşütü Federasiyası sınaqların keçirilməsinə cavabdeh təşkilata çevrilir:
“Bu qaydanın qəbulundan sonra heç bir fərdi sahibkar, hüquqi şəxs uçuş həyata keçirən çəxsin özü peşəkar deyil - sınaqdan keçməyibsə uçuş həyata keçirə bilməz; Həmçinin, bu qaydaya görə, avadanlıq özü yaxşı vəziyyətdə olmalıdır.
Elementar şeylər kimi görünür, amma bu günədək müəyyən olunmamışdı, yəni müxtəlif şəxslərin lazımi avadanlıqla uçuş həyata keçirmək öhdəliyi yox idi. İkincisi, uçuşa cavabdeh olan şəxs bu işi bilir olmalı idi. Federasiya tərəfindən həyata keçiriləcək monitorinq də daxil olur. Federasiyada isə nəzarəti İqtisadiyyat Nazirliyinin Aeronaviqasiya Departamenti edəcək. Daxili İşlər Nazirliyinin funksiyası isə o olacaq ki, Federasiya uçuş üçün münasib olan, ondan kənarda uçuşların qadağan ediləcəyi əraziləri müəyyən etsin, bu sahədə qaydalara riayət etməyə, zəruri hallarda isə Daxili İşlər Nazirliyi kömək etməyə cavabdeh olsun. Həmçinin, həmin nazirlik qeyd olunan ərazilərdən kənarda qeyri-qanuni uçuş sayılan hər hansı uçuşun qarşısının alınmasını təmin etməlidir”.
Nazirin sözlərinə görə, komissiya yaratmaq və müxtəlif monitorinq prosedurlarını həyata keçirmək üçün Yamac Paraşütü Federasiyasına bir ay müddət verilib.
29 iyul 2022-ci ildə Qudauridə xilasetmə əməliyyatı zamanı sərhəd polisinə məxsus “Mi 8” helikopteri qəzaya uğrayaraq partlamışdır. Helikopterin göyərtəsində 4 ekipaj üzvü, 2 xilasedici və 2 tibb işçisi olub. Helikopterdə olan 8 nəfərin hamısı həlak olub. Helikopteri təcrübəli pilot Zaza Loria idarə edib. Ekipaj üzvləri arasında Dimitri Kaadze, Levan Çoxeli və Andro Kucoşvili də var idi. Helikopterdə təcili tibbi yardım mərkəzinin həkimləri Ketevan Qulağaşvili, Qiorqi Venetski, xilasedicilər Qiorqi Marqiani və Kaxa Torçinava olub.
Helikopterin köməyi ilə Qudauridə yıxılan yamac paraşütçüləri və onları müşayiət edən şəxsin xilasetmə əməliyyatı aparılırdı. Hadisə şahidlərinin çəkdiyi videoda helikopterin quyruq vintinin zədələndiyi, bir neçə saniyə ərzində tamamilə xarab olduğu, bundan sonra helikopterin idarəetməni itirdiyi görünür. Qəzadan sonra baş verən partlayış nəticəsində helikopter tamamilə yanıb.
Faciədən sonra Daxili İşlər Naziri bütün Gürcüstan ərazisində yamac paraşütünə qadağa qoyub.
Helikopterin qəzaya uğramasının səbəbi kimi helikopterin mümkün nasazlığı göstərilib, Daxili İşlər Nazirliyi bunu təkzib edib və bildirib ki, Sərhəd Polisi helikopterindəki köhnə quyruq vintləri 2022-ci ilin mart ayında beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına əsasən və bu qaydalara tam riayət etməklə yeniləri ilə əvəz edilib.
Hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə başlansa da, ictimaiyyət üçün istintaqın gedişatı haqqında heçnə məlum deyil.