Hökumətin bu qanunu qəbul etməkdə israrlı olması rus tipli sabitliyi pozmaq strategiyasıdır - prezident

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili rus qanunu əleyhinə keçirilən aksiyanı şərh edir və “Gürcü Arzusu”nun “xarici agentlər haqqında” qanun layihəsini qəbul etmək cəhdini “birbaşa təxribat” kimi qiymətləndirilir.

“Tbilisidə rus qanununa qarşı keçirilən kütləvi etiraz aksiyasının ikinci günüdür. Hökumətin cəiyyətin iradəsinə zidd olaraq və tərəfdaşlarının etirazlarına baxmayaraq, bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribatdır - rus tipli sabitliyi pozmaq strategiyasıdır”, - prezident “X” sosial şəbəkəsində yazıb.

Tbilisidə parlament binası yaxınlığında etiraz aksiyası keçirilir və aksiya iştirakçıları hakim partiyadan müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini geri götürməsini tələb edirlər.

Daxili İşlər Nazirliyi parlament binası yaxınlığında çoxlu sayda polis, xüsusi təyinatlılar və su maşını səfərbər edib.

Qanunverici orqanın arxa girişində dinc etirazçılara qarşı bibər qazından istifadə edildiyi iddia edilir.

Aksiyanın bir neçə iştirakçısı saxlanılıb. Onların arasında “Lelo” partiyasının liderlərindən biri, İrakli Kupradze də var.

“Gürcü Arzusu” “xarici agentlər haqqında” qanun layihəsini aprelin 15-də Hüquq Məsələləri üzrə Komitədə dəstəkləyib və bu gün iclas səsvermə olmadan başa çatsa da, plenar iclasın müzakirəsinə çıxarılıb. Hakim partiyanın üzvləri xüsusi təyinatlıların və polisin köməyi ilə qanunverici orqanı tərk ediblər. Qanun layihəsinin müzakirəsi aprelin 17-də, saat 12:00-da davam etdiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur