“Gürcü Arzusu” parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin iclasında müstəqil media və ictimai təşkilatların fəaliyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib. Rus qanununun müəlliflərindən biri, çoxluğun lideri Mamuka Mdinaradze deyib ki, qanun bu həftə plenar iclasda müzakirəyə çıxarılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
12 saatlıq müzakirədən sonra və parlament binası qarşısında davam edən nümayiş fonunda deputatların əksəriyyəti rus qanununu dəstəkləyib. Onlar polis və xüsusi təyinatlıların köməyi ilə qanunverici orqanı tərk etdilər.
Rus qanununun tərəfdarları Avropa İttifaqının tənqidlərini nəzərə almaq fikrində deyillər.
“Özünüzə hörmətinizi itirməklə Avropaya inteqrasiya yolunda irəli gedə bilməzsiniz. Biz müstəqillik, prinsiplər, suverenlik və əsl xristian-demokratik dəyərlərin tanınması ilə irəliləyəcəyik. Biz və dostlarımız bir-birimizlə düzgün danışdıqca vətənimiz üçün qurtuluş olacaq. Başımızı aşağı salıb “vay, ana” desək, heç kim bizə qiymət verməz, diqqət yetirməz, bizi faktor kimi tanımaz. Avropaya inteqrasiya prosesi indiyə qədər olduğu kimi davam edəcək, lakin həm də qürurlu olacağıq”, - Mdinaradze komitənin iclasında bildirib.
Qanun layihəsinin müzakirəsinə onlayn media nümayəndələri buraxılmayıb. Bundan başqa, komitə sədri müxalifətin bir hissəsini sessiyadan xaric edib, bəzilərinin isə çıxış etməsinə mane olub.
"Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agent” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.