Hüquqi şəxslər artıq partiyaları maliyyələşdirə bilməyəcəklər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamenti “Gürcü Arzusu”nun təşəbbüsü ilə hüquqi şəxslərin siyasi partiyalara ianə verməsini qadağan edən qanunvericilik dəyişikliklərinə sürətləndirilmiş qaydada baxılır. 

“Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklərdə partiyanın il ərzində çəkdiyi xərclərin ümumi məbləğinin əvvəlki ilin ümumi daxili məhsulunun 0,04%-dən (0,05%-dən) çox olmamaq şərti ilə azaldılması da nəzərdə tutulur. Qanun layihəsinin təşəbbüskarları Mamuka Mdinaradze, Aivi Mikanadze, Davit Matikaşvili, Rati Yonatamişvili və İrakli Şatakişvilidir. Onlar partiyaların maliyyələşdirmə qaydalarının tələsik dəyişdirilməsini 2024-cü ilə təyin edilmiş parlament seçkiləri və Venesiya Komissiyasının verdiyi tövsiyələrlə izah edirlər. 

"Qanun layihəsi qəbul olunarsa, Gürcüstan Venesiya Komissiyasının "deoliqarxizasiya ilə bağlı" tövsiyəsini nəzərə alacaq, burada   hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirmə imkanının qadağan edilməsi göstərilir. Belə ki, siyasi partiyalar artıq hüquqi şəxslər tərəfindən maliyyələşdirilə bilməyəcək. Həmçinin il ərzində partiyanın çəkdiyi xərclərin ümumi məbləği azalacaq ki, bu da öz növbəsində partiyalar arasında yalnız sağlam rəqabətin olmasını təmin edir və müvafiq olaraq ədalətli seçki mühitinin saxlanmasına və onun daha da inkişaf etdirilməsinə imkan yaradır. Təqdim olunan dəyişikliklərin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi üçün qanun layihəsinə sürətləndirilmiş qaydada baxılıb qəbul edilməsi məqsədəuyğundur.", - Qanun layihəsinin təşəbbüskarları izahatda yazır.

Qanun layihəsinə əsasən hüquqi şəxs, onların birliyi və ya başqa bir təşkilat növü tərəfindən qadağan edilmiş ianənin həyata keçirilməsi halında qadağan edilmiş ianənin ikiqat məbləğində cərimə, xərc nəzərdə tutulmuşdur.

Müxalifət partiyalarının nümayəndələri hesab edirlər ki, qanunvericiliyə edilən dəyişikliklərin oliqarxizasiya ilə heç bir əlaqəsi yoxdur.

“Gürcü arzusu” bu təşəbbüsü deoliqarxizasiyaya doğru bir addım kimi göstərməyə çalışır. Ölkədə yeganə oliqarx Bidzina İvanişvilidir və o, “Gürcü arzusu”nu qara pullarla, görünməyən, bəyan edilməmiş pullarla maliyyələşdirir. Buna görə də, hüquqi şəxslərin partiyaları maliyyələşdirmək imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmasının praktiki əhəmiyyəti yoxdur. Ölkə daxilində və xaricində hamı üçün “deoliqarxizasiya” İvanişvilinin dövlət institutlarına təsirini məhdudlaşdırmaq deməkdir. Təbii ki, bu təşəbbüs İvanişvilinin gücünü zəiflətməyə xidmət etmir və ona görə də beynəlxalq tərəfdaşlarımızı aldatmaq cəhdidir", - “Droa” partiyasının Siyasi Şurasının üzvü Qiqa Lemonjava deyir.

2023-cü il iyunun 12-də Venesiya Komissiyası “Deoliqarxizasiya haqqında” qanun layihəsi ilə bağlı tənqidi rəy dərc edib və Gürcüstan hakimiyyətini oliqarxiya ilə mübarizəyə “sistemli” yanaşmalar tətbiq etməyə çağırıb. Komissiyanın tövsiyələrindən biri də siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi qaydalarının və mövcud nəzarət mexanizmlərinin gücləndirilməsi olub.

Mövcud qanuna görə siyasi partiyanı fiziki və hüquqi şəxslər maliyyələşdirə bilər. Hər bir vətəndaşdan alınan ianələrin ümumi məbləği ildə 60.000 laridən, hüquqi şəxsdən alınan ianələrin ümumi məbləği isə ildə 120.000 laridən çox olmamalıdır. Vətəndaşın partiyanın hesabına yatırdığı pul; hüquqi şəxs tərəfindən partiyanın hesabına daxil edilmiş məbləğ; partiyanın fiziki və ya hüquqi şəxsdən təmənnasız və ya güzəştlə/əlverişli şərtlərlə aldığı maddi və ya qeyri-maddi dəyər (onlar arasında güzəştli kredit) və xidmət (könüllünün könüllü olaraq yerinə yetirdiyi iş istisna olmaqla) ianə hesab olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur