İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Avropa Siyasi İttifaqının sammiti çərçivəsində görüşüblər.

İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

İ.Əliyev xatırladıb ki, oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri bu xüsusda görüş keçiriblər. Sülh müqaviləsi üzrə danışıqlar uzun müddət davam etməməli, mümkün qısa zaman kəsiyində başa çatdırılmalıdır.

Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Sammit çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş baş tutub.

İlham Əliyev həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.

Görüşdən sonra Ermənistan hökumətinin administrasiyası bəyanat yayıb və ona əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək.

Ermənistan Azərbaycanla sərhəd yaxınlığında Aİ-nin mülki missiyasına dəstək verməyə razılaşıb. Azərbaycan oktyabrda işə başlayacaq sözügedən missiya ilə iki aydan çox olmayan müddətə əməkdaşlığa razılıq verib. Missiyanın məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına dəstək olmaq olacaq.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda son müharibə 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə atəşkəs razılaşması ilə başa çatıb. Müharibədə 7000-ə yaxın əsgər və 170 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb. Müqavilə nəticəsində Azərbaycan Dağlıq Qarabağın əvvəlki müharibədən bəri erməni qoşunlarının əlində olan bir sıra rayonlarına nəzarəti bərpa edib. 2022-ci ilin avqust-sentyabr aylarında vəziyyət gərginləşdi. Sentyabrın 13-də Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin bərpası nəticəsində Ermənistan tərəfdən 207 nəfər həlak olub və Azərbaycan Ermənistanın 10 kvadrat kilometr ərazisini tutub. Onlarla qurbanlar da Azərbaycan tərəfdən olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur