Baş nazir İrakli Ğaribaşvili Raçaya gəlib və Oni bələdiyyəsinin meriyasında Şovi fəlakətinin aradan qaldırılması üzrə fövqəladə qərargahda iclas keçirib. Bu barədə hökumət administrasiyası məlumat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Administrasiyadan verilən məlumata görə, hökumət başçısı aparılan xilasetmə işləri və vətəndaşların ehtiyacları barədə qərargah üzvlərinin fikirlərini dinləyib.
Oni meriyasının binasını tərk etdikdən sonra Ğaribaşvili mediaya açıqlama verməyib. Mövcud məlumata görə, o, parlamentin rəhbəri Şalva Papuaşvili ilə birlikdə təbii fəlakət bölgəsindəki Şovi kurortuna doğru yola düşüb.
Şovidə təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib, 30-dan çox insan itkin düşmüş hesab olunur. Son məlumata görə, 200-dən çox insan təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib.
Avqustun 3-də saat 15:15 radələrində baş verən sürüşmə vadidə palçıq axınına səbəb olub. Aktiv təbii proseslər bir saatdan çox davam edib. Kurort zonasında mehmanxanalar və kotteclər calada tikilib və daşqın cala sahəsinin bütün ərazisini əhatə edib. Kiçik kotteclər dağılıb, mehmanxanalara ziyan dəyib. Avtomobilləri axın aparıb.
Fəlakət bölgəsində xilasetmə əməliyyatı təxminən 3 saat gec başlayıb. Palçıq axını Şoviyə gedən yeganə yolda olan körpüləri uçurub. Xilasedicilər fəlakət bölgəsinə yalnız sərhəd polisinin helikopterləri ilə daxil ola biliblər. Helikopterlərin gəliş vaxtı ilə bağlı Regional İnkişaf və İnfrastruktur Naziri İrakli Karseladze bildirib ki, “hər şeyin, o cümlədən helikopterin müvafiq səfərbərlik müddəti var və bu səfərbərlik müddəti nəzərə alınmaqla, bildirişi aldıqdan sonra ən qısa müddətdə, ilk helikopter hadisə yerində olub.”