Şovidə daha 4 nəfərin cəsədi tapılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Şovda, təbii fəlakət bölgəsində daha 4 nəfərin meyiti tapılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyir.

Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 6 nəfərə çatıb. Xilasedicilər dünən iki cəsəd tapmışdılar.

Hazırda 30-dan çox adam itkin düşmüş hesab olunur. Hökumət rəsmilərinin dediyi kimi, dünən və bu gün 200-dən çox insan helikopterlərlə fəlakət zonasından təxliyə edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Avqustun 3-də saat 15:15 radələrində Şovidə baş verən sürüşmə vadidə palçıq axınına səbəb olub. Aktiv təbii proseslər bir saatdan çox davam edib. Kurort zonasında mehmanxanalar və kotteclər calada tikilib və axın calanın bütün ərazisini əhatə edib. Kiçik kotteclər dağılıb, mehmanxanalara da ziyan dəyib. Avtomobilləri axın aparıb. Fəlakət bölgəsində xilasetmə əməliyyatı təxminən 3 saat gec başlayıb. Palçıq Şoviyə gedən yeganə yolda olan körpüləri uçurub. Xilasedicilər fəlakət bölgəsinə yalnız sərhəd polisinin helikopterləri ilə daxil ola biliblər. Vertolyotların gəliş vaxtı ilə bağlı Regional İnkişaf və İnfrastruktur Naziri İrakli Karseladze bildirib ki, “hər şeyin, o cümlədən helikopterin müvafiq səfərbərlik müddəti var və bu səfərbərlik müddəti nəzərə alınmaqla, bildirişi aldıqdan sonra ən qısa müddətdə, ilk helikopter hadisə yerində olub.”

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur