İrakli Kobaxidze Ali Baş Komandanı, prezidenti müdafiə qüvvələrinin önündə dövlətə xəyanətdə ittiham edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Kobaxidze Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Gürcüstan prezidenti və Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

“Son 34 il ərzində Gürcüstan bir çox sınaqlardan keçib. 90-cı illərin əvvəllərində üç müharibə keçirdik. 2004-2012-ci illər arasında biz faktiki müstəqilliyin itirilməsini, avtoritarizmi, agentlik idarəçiliyini və dördüncü müharibəni yaşadıq. Cəmiyyətin təcrübəsizliyi və siyasətçilərin xəyanəti ölkəmizə ərazilərimizin 20 faizinin müvəqqəti itirilməsi bahasına başa gəldi. 2012-ci ildən bu günə qədər, xüsusən də son 4 ildə Gürcüstanın suverenliyinə və müstəqilliyinə xələl gətirmək üçün çoxlu cəhdlərdən oldu”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın müstəqilliyi bu gün də “çətin sınaqlarla” üzləşir, lakin ölkə “Gürcüstanın suverenliyinin və müstəqilliyinin keşiyində dayanan və onun milli maraqlarını qoruyan” hökumət tərəfindən idarə olunur.

“Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə imkan verdi ki, ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan prezidentinin xəyanətinə baxmayaraq, son iki ildə ölkədə sülhü qoruyub saxlayaq.

Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusi aydınlıqla göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır. Ona görə də bu gün biz Gürcüstanın dövlət müstəqilliyinin zamankindən daha çox qayğısına qalmalıyıq. Məhz buna görə də bu gün biz Gürcüstanın milli kimliyinin üç sütununun - yurdun, dilin və dinin hər zamankindən daha çox qayğısına qalmalıyıq. Ona görə də bu gün biz həmişəkindən daha çox bir-birimizin qayğısına qalmalı və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şey ancaq sevgi ilə bərpa oluna bilər”, - deyə İrakli Kobaxidze bildirib.

Baş nazirin bəyanatından əvvəl prezidentin çıxışı olub. Salome Zurabişvili növbəti dəfə hökuməti tənqid edib və bildirib ki, heç kim və heç vaxt Gürcüstanı keçmişə qaytara bilməyəcək və oktyabrda keçiriləcək parlament seçkiləri ilə “biz əsas seçimi etməliyik: ya Avropa, demokratik, müstəqil Gürcüstan, ya da rus tipli rəhbərliyə malik, avtoritar və təcrid olunmuş Gürcüstan!”

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur