İşğal altında olan Abxaziyanın qondarma bayrağının asıldığı məktəbin direktoru işdən azad edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: TV25

Acarıstan Təhsil Nazirliyi Batumidəki 7 nömrəli dövlət məktəbinin direktoru Şorena Koniadzeni tutduğu vəzifədən azad edib. Dünən TV25 telekanalı xəbər verib ki, bu məktəbdə dünya dövlətlərinin bayraqları arasında Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın qondarma bayrağı da asılıb.

Acarıstanın təhsil naziri Maya Xacişvilinin sözlərinə görə, nazirlik məsələni araşdırıb və direktorun işdən çıxarılmasına qərar verib.

“Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, təhsil resurslarının seçilməsi zamanı qanunvericiliyin tələbləri pozulub. Qanunvericiliyə və konstitusiyamıza görə qəbuledilməz olan stikerlər yerləşdirilib. Söhbət ölkə qanunvericiliyindən, uşaqların gələcəyindən getdiyi üçün istər dərsliklər, istər əlavə vəsaitlər, istərsə də başqa dərs vəsaitlərinin seçimində məktəb direktoru və bütövlükdə təhsil məkanının daha məsuliyyətli olması vacibdir. Araşdırma nəticəsində müəyyən edilmiş halları nəzərə alaraq Nazirlər Kabineti qərar qəbul edib və direktor bu gün vəzifəsini tərk edəcək”, - Xacişvili bildirib.

Dünən yerli TV25 televiziya şirkəti şagirdlərdən birinin stenddəki Rusiya bayrağını cırdığını, buna görə onun məktəbdən uzaqlaşdırıldığını və valideynlərinin məktəbə çağırıldığını bildirib. Televiziya daha sonra aydınlaşdırıb ki, tələbə Rusiya bayrağını yox, ayrıca dövlət kimi təqdim edilən Abxaziyanın “bayrağını” cırıb. Məktəbin direktor müavinləri isə bunu təkzib edir və şagirdin Rusiya bayrağını cırdığını bildirirlər. Onların sözlərinə görə, valideynlər məktəb ləvazimatları zədələndiyi üçün məktəbə çağırılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur