Dekabrın 27-də səhər saat 6-da işğal olunmuş Abxaziyanın de-fakto parlamenti Biçvinta dövlət bağ evinin Rusiyaya verilməsi ilə bağlı Rusiya-Abxaziya razılaşmasını ratifikasiya edib və qondarma prezident Aslan Bjaniya de-fakto parlamentin qəbul etdiyi qanunlara bu gün imza atıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu vəziyyətdən hamımız narahat idik. Parlament üzvləri də bunu çox hiss edirdilər. Bu gün biz bir neçə nümayəndə heyətini qəbul etdik, respublikanın təhlükəsizliyi üçün bu razılaşmanın qəbulu ilə bağlı bir sıra imkanları müzakirə etdik. İqtidar-müxalifətin müvafiq iclası keçirildi, orada konsensus əsasında sənəd qəbul etdik. Bunlar müvafiq qanunlara, beynəlxalq müqavilələr haqqında qanuna, mülki məcəlləyə və xüsusi konstitusiya qanununa edilən dəyişikliklərdir ki, bu da xüsusi olaraq dövlət bağ evinin verilməsinə şamil ediləcək. Orada bildirilir ki, obyekt üçüncü şəxslərə verilərsə, müqavilə ləğv edilir və mülkiyyət Abxaziya Respublikasına qaytarılır, belə bir qərar hökumət və müxalifətin görüşündə müzakirə olunub”, - qondarma parlamentin sədri Laşa Aşuba de-fakto Parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının iştirakçılarına bildirib.
Etirazçılar de-fakto parlamentin qərarını biabırçı adlandırıb və onun ləğvini tələb ediblər. Aşuba onları vəziyyəti gərginləşdirməməyə və dağılışmağa çağırıb.
Bir gün əvvəl Abxaziyanın de-fakto baş prokuroru Adqur Aqrba Abxaziya əhalisinə müraciət edib və müxalifətin icazəsiz mitinqində iştirakdan çəkinməyə çağırıb.
De-fakto parlament dekabrın 28-də keçirilən iclasda Biçvinta bağ evinin verilməsinə dair Rusiya-Abxaziya razılaşması ratifikasiya etməyi planlaşdırırdı, lakin nəhayət, lakin bir gün əvvəl məsələnin müzakirəsinə qərar verilib. De-fakto parlamentdə 35 deputat var. Onlardan 28-i sessiyada iştirak edib, 26-sı Biçvinta bağ evinin Rusiyaya verilməsini dəstəkləyib.
“Gözlədiyimiz kim, ən pis şey baş verdi, deputatlar Abxaziya Respublikasının Konstitusiyasına, ölkənin qanunlarına məhəl qoymadılar. Parlament üzvləri növbədənkənar iclasın gecə saatlarında keçirilməsi qərarını niyə qəbul etdiklərini əsaslandırmalıdırlar. Onlar bu iclasın qanuniliyini sənədləşdirməli idilər”, - işğal olunmuş Abxaziyanın de-fakto keçmiş Xalq Müdafiəçisi Asida Şakril bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Abxaziyanın işğal rejiminin qondarma parlamenti tərəfindən Biçvinta bağ evinin Rusiya Federasiyasına verilməsi haqqında qondarma razılaşmanın ratifikasiyası növbəti qanunsuz addımdır və Rusiyanın Gürcüstanın ayrılmaz regionlarının işğalı siyasətinin davamıdır.
“Beynəlxalq hüquqi nöqteyi-nəzərdən hər hansı belə qondarma razılaşmanın hüquqi qüvvəsi yoxdur və etibarsızdır. Müvafiq olaraq, Abxaziya bölgəsinin işğalı şərtləri altında qondarma razılaşmanən hər hansı hüquqi nəticəsi ola bilməz”, - Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya ilə işğal olunmuş Abxaziya arasında Biçvinta bağ evinin verilməsinə dair müqavilə 2022-ci ilin yanvarında tərtib edilib. Sənəd qüvvəyə mindikdən sonra 6 ay ərzində bağ evi (184 hektar ərazi) - torpaq sahələri, tikililər və dəniz sahəsinin bir hissəsi pulsuz olaraq Rusiyaya verilməlidir. Müqavilə 49 il müddətinə imzalanıb, lakin, avtomatik olaraq daha 15 il müddətinə uzadıla bilər. Rusiya tərəfi təhvil verilən əmlakın müqabilində hər il büdcəyə 1 rubl ödəyəcək.
Rusiya prezidenti Vladimir Putin Biçvinta Dövlət Bağ evinin ərazisində müasir iqamətgah tikmək istəyir.
Ötən ilin avqustunda “Ria Novosti” agentliyinə verdiyi müsahibədə Rusiya Federasiyasının Abxaziyada qondarma səfiri Mixail Şurqalin bəyan edib ki, razılaşmanın ratifikasiyasının gecikdirilməsi Rusiyanın Abxaziyada hava limanının və turizm obyektlərinin tikintisi, Abxaziya dəmir yolunun yenidən qurulması kimi iri layihələrə investisiya yatırmasına təsir edə bilərdi.