Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Taxtisdsziri kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Aİ-nin Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” işə salınıb və Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara növbəti qanunsuz həbs faktı barədə dərhal məlumat verilib.
“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, - Dövlət Təhlükəsizlik Xidməti bildirib.
Bu günə olan məlumata görə, artıq 8 Gürcüstan vətəndaşı işğal olunmuş Txinvali regionunda qanunsuz həbsdədir. Onlardan ikisi fevralın 15-də Rusiya hərbçiləri tərəfindən həbs edilib. İşğal rejiminin məlumatına görə, Gürcüstan vətəndaşları “Cənubi Osetiya ərazisinə qeyri-qanuni qaydada keçərək dövlətlərarası bölücü xəttin mühafizəsi və təhlükəsizliyi üçün istifadə olunan mühəndis qurğularına ziyan vurublar”.
Tsxinvali həbsxanasında 7 Gürcüstan vətəndaşı qanunsuz həbsdədir. Onların arasında 2023-cü ilin noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndinin kilsəsindən rus hərbçiləri tərəfindən qaçırılan Dimitri Korinteli və Qiorqi Meladze də var. Kilsə işğal xəttinin o tayındadır.
Laşa Xetereli və Qiorqi Mosiaşvili də qanunsuz həbsdədir. Liaxvi vadisindən olan qaçqın, Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğal rejimi tərəfindən saxlanılıb. Son olaraq, o, 2023-cü il iyulun 5-də işğal altında olan Disev kəndi yaxınlığında həbs edilib. Bundan əvvəl Xetereli bir ildən çox qanunsuz olaraq Tsxinvali həbsxanasında saxlanılıb. Onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən sonra Şaumiani köçkün qəsəbəsində yaşayır. 31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kənd sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndi yaxınlığında qaçırıblar.
2021-ci ilin dekabrında işğalçılar Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında keçmiş hərbi qulluqçu Mamuka Çxikvadzeni həbs ediblər. Onu qondarma sərhədi qanunsuz keçmə ilə yanaşı, narkotik qaçaqmalçılığında da ittiham edirlər. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5.6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili qərardan apellyasiya şikayəti verib və qanunsuz cəza 3,8 ilə endirilib.