İstər Şalva Ramişvili, istərsə də başqası, dediklərinə və etdiklərinə görə cavab verməlidir - Mdinaradze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin fikrincə, istər Şalva Ramişvili, istərsə də hər hansı digər vətəndaş, hər kəs öz dediklərinə və etdiklərinə görə cavab verməlidir.

“Sizə birbaşa deyəcəm, hətta bizi dəstəkləyən insanları incidə də bilərəm. Məsələn, son bir neçə gündə dinlədiyim səs yazılarını dinləmək çox çətin idi. İstər Şalva Ramişvili, istərsə də başqası, jurnalist, siyasətçi və ya sadə vətəndaş, hər kəs hər bir ifadəyə, dediklərinə, gördüyü işlərə görə cavab verməlidir. Bildiyimə görə, heç kim bundan çəkinmir”, - Mdinaradze hakim partiyanın konfransının keçirildiyi Batumidə jurnalistlərə deyib.

Son günlərdə hakim partiyanın təbliğat-təşviqat telekanalı POS TV-nin qurucusu və baş prodüseri Şalva Ramişvili açıq şəkildə daha beş gənc qadın - Mako Jabua, Anano İaşvili, Qvantsa Budağaşvili, Anania QaçeçiladzeMiranda Dzirkvadze tərəfindən cinsi qısnamada ittiham edilib. Onlar Ramişvili ilə müxtəlif vaxtlarda işəgötürən kimi tanış olublar. Anano İaşvili deyir ki, o, 18 yaşında “İmedi” teleşirkətinə iş görüşməsinə getdiyi vaxt Ramişvilinin cinsi qısnamasının qurbanı olub.

“Formula” teleşirkəti  Anania Qaçeçiladzenin Şalva Ramişvili tərəfindən cinsi qısnamanmasını sübut edən gizli səs yazısı yayıb. Səs yazısı 2018-ci ildə Anania Qaçeçiladzenin 22, Şalva Ramişvilinin isə 47 yaşı olanda qeydə alınıb.

“Tərslik edirsən, balaca qızsan və beynimi ***irsən, mübarizə edirsən, yolunu tapırsan, nələrisə sübut edirsən, mənim nə mənim ***imi istəyirsən, bədənini bax, ***** durursan, ***cəklər da səni də. Nə bilirsən, bəlkə də yaxşıdı, kimlərinsə əlində oyuncaq olmağın. ***** zamanı döyüləndə ləzzət edir?

- Xeyr, belə kişilər tuta bilmirlər.

- Necə olur ki, bilmirlər, mən beləyəm.

- Mən səninlə cinsi əlaqədə olmaq istəmirəm.

- Aydındır ki, istəmirsən... Əvvəla, necə istəmirsən, istəyirsən, amma istəmirsən - səs yazısında səslənir.

Səs yazısından aydın olur ki, Şalva Ramişvili Anania Qaçeçiladzeyə yaxınlaşır, ona toxunmağa çalışır. “Səni ata kimi sığallayanda sevmirsən?”, - Ramişvili Qaçeçiladzeyə deyir.

Şalva Ramişvili gizli səs yazısının həqiqiliyini təsdiqləsə də, cinayət əlamətlərinin olmadığını deyib: “Mən birbaşa bəyan edirəm, istənilən səs yazısını gətirin, istənilən səlahiyyətli orqana çatdırın və istər səs yazısında, istərsə də ekran görüntülərində hər hansı cinayət əlaməti varsa, ya da… qanunun bütün sərtliyi ilə cavabdeh olmağa hazıram. Yəqin ki, heç kim məndən səkkiz il əvvəl nəyin necə olduğu ilə bağlı kiminsə çılğın uydurmasına cavab verməyimi istəməz”.

Şalva Ramişvili qadınların ittihamlarını rədd edir və bildirir ki, POS TV-nin reytinqi artdığına görə, qadın hüquqlarını müdafiə edən fəal Tatia Samxaradzeni təşkilatçılıqda ittiham etdiyi “böhtan kampaniyası” aparılır. Samxaradze ilk olaraq Şalva Ramişvilini cinsi qısnamaya görə ifşa etdi və 2016-2018-ci illərdə o, apellyasiya instansiyasında da məhkəmədə qalib gəldi.

POS TV xəbər verir ki, pulu Samxaradzeyə “Vahid Milli Hərəkat” partiyasının üzvü, “Formula” teleşirkətinin təsisçisi, keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşı Dimitri Çikovani ödəyib. Martın 24-də POS TV-nin əməkdaşı Natia Beridze 112-yə zəng edərək deyib ki, ola bilsin Tatia Samxaradze qaçırılıb və döyülüb, çünki pulla bağlı Dimitri Çikovani ilə onun arasında münaqişə olub. Bundan sonra polis Çikovaninin evinə gəlib. Onları POS TV-nin çəkiliş qrupu da müşayiət edib. Mümkün cinayət xəbərinin yalan olduğu üzə çıxıb. Samxaradzeni nə qaçırıblar, nə də döyüblər.

Daxili İşlər Nazirliyi Şalva Ramişvilinin qadınlar tərəfindən ictimai ifşa edilməsi ilə bağlı araşdırmaya başlamayıb. “Gürcü Arzusu”nun üzvləri də Ramişvilini dəstəklədiklərini bildiriblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur