Ukraynanın və ya Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş separatçı bölgələrinin sakinləri bundan sonra Rusiya Federasiyasının verdiyi səyahət sənədi ilə Şengen vizası ala və ya daxili Şengen sərhədini keçə bilməyəcəklər. Bu barədə İsveçrə Federal Şurası qərar qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Neytral dövlət olan və Avropa İttifaqının üzvü olmayan İsveçrə işğal olunmuş ərazilərdə Rusiya tərəfindən verilmiş adi və diplomatik pasportları, vətəndaşlığı olmayan şəxslərin yaşayış sertifikatlarını və dənizçilərin şəxsiyyətini təsdiq edən sənədləri tanımır.
Abxaziya və qondarma Cənubi Osetiya məsələsində İsveçrə 2008-ci il avqustun 26-dan sonra verilmiş sənədləri tanımır və Ukrayna üçün Rusiyanın ərazini nə vaxt işğal etməsindən asılı olaraq müxtəlif tarixlər təyin edilir.
“2008-ci ilin avqustunda Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanındığını elan edib. Eyni şeyi çox az ölkə edib. İsveçrə bu bölgələri Gürcüstanın ayrılmaz hissəsi hesab edir.
İsveçrə Şengen Sazişinin üzvü olan ölkə kimi Avropa İttifaqının qərarlarını yerinə yetirməyə borcludur. Məhdudiyyətlərə baxmayaraq, humanitar səbəblərə, milli maraqlara və ya beynəlxalq öhdəliklərə görə vizaların verilməsi mümkündür”, - Federal Şuranın bəyanatında deyilir.
Avropa İttifaqı Parlamenti Gürcüstan və Ukraynanın işğal olunmuş regionlarında Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması ilə bağlı Avropa Şurasının qərarını 2022-ci ilin noyabrında təsdiqləyib. Qərara əsasən, işğal olunmuş ərazilərdə yaşayan insanlar Rusiya tərəfindən verilmiş pasportlardan viza almaq və Avropa İttifaqının sərhədlərini keçmək məqsədiolə istifadə edə bilməyəcəklər. Qərar Ukraynada davam edən müharibədən qaçanlara şamil edilməyəcək. Onlar hələ də Aİ-yə daxil olmaq və sığınacaq axtarmaq hüququndan istifadə edəcəklər.
Rusiya 2014-cü ildən Ukraynanın Krım vilayətini işğal edib, 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin bir hissəsini ilhaq edib.