Çiatura rayonunun İtxvsi kəndi, Maxatadzeebi və Meqrelişvili məhlələri sakinləri yerli hökumətin kəndi dərhal tərk etmək ultimatumuna Çorvilada, Bidzina İvanişvilinin evinin qarşısında aksiya keçirməklə cavab veriblər. İtxvisidə vəziyyət daha da pisləşib. 2022-ci ilin martında çökən sahə böyüyüb və dərinləşib, başqa yerlərdə çatlar əmələ gəlib. Hökumət təbii fəlakət zonasında yaşayan ailələrin elektrik enerjisini kəsib, zədələnmiş yolu təmir etməkdən imtina edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İtxvisi sakinlərinin “Dağ Xəbərləri”nə dediyi kimi, yerli hökumət onları kəndi tərk etməyə məcbur etmək istəyir.
“İşığı kəsib yolu bərpa etməkdən imtina edəndə biz Saçxerenin Çorvila kəndinə köçdük və İvanişvilinin evinə toplaşdıq.
Bir neçə dəqiqə olardı gəlmişdik ki, bizə zəng edib hər şeyi həll edəcəklərini, amma Çorvilini tərk etməli olduğumuzu dedilər.
Həqiqətən də, elektrik enerjisinin verilişi də bərpa edildi və qəzalı olan yol keçilməsi üçün daş-çınqılla dolduruldu”, - deyə Meqrelişvili məhləsindən olan zərərçəkmiş “Dağ Xəbərləri”nə bildirib.
Milli Ətraf Mühit Agentliyinin geoloqlarının 2 il əvvəl yazdığı rəyə görə, İtxvisinin bu ərazisində yaşamaq qətiyyən mümkün deyil. Həmin dövrün göstəricilərinə görə, dağıntılar 40 hektar ərazini əhatə edib. 20 ev tamamilə dağılıb və ya yaşayış üçün yararsız vəziyyətə düşüb, 86 ailə isə risk zonasındadır.
Çiatura şəhər meriyası yerli sakinlərə bir çox ailənin razılaşdığı kirayə evə köçməyi təklif etdi. Meriya zərərçəkmiş sakinlərə, əsasən, binalarda kirayə mənzillər verib, buna görə də maldarlıqla dolanışığını təmin edən ailələr fəlakət zonasında qalıblar.
“Burada inəklərim var. Mən mallara baxıram və ailəmi bununla dolandırıram. Binaya getsəm, malı hara aparmalıyam? Artıq malım olmasa, nə ilə yaşayacağıq?
Ona görə də tələb edirik ki, ya bizə təhlükəsiz yerdə torpaq sahələri ayırsınlar və ev tikmək üçün bizə kompensasiya versinlər, ya da özləri tiksinlər. Bizə kompensasiya olaraq 60.000 lari təklif edirlər, ev, həyət, torpaq sahəsi, anbarlar, qoz bağları bu məbləğlə qiymətləndirilir. 23 min dollara nə almalıyam, bu yaşda həyata necə başlamalıyam?”, - zərərçəkmiş Nestan Qoqatişvili bizə deyir.
Fəlakətin episentrində yaşayan ailələrdən 2 il ərzində yalnız üç ailə bələdiyyənin təklif etdiyi təzminatla razılaşıb. İki mərtəbəli evi, həyəti və anbarları tamamilə torpaq altında qalan Qulnara və Qiorqi Meqrelişviliyə 82 min lari ödənilib ki, bu da zərərçəkmiş ailənin adekvat təzminat hesab etdiyi məbləğdən xeyli azdır. Bu məbləğin 30.000 larisi Məcburi Köçkünlərin, Ekomiqrantların və Dolanış Mənbələrinin Təminatı Agentliyi tərəfindən verilib. İtxvisililərin sözlərinə görə, qalan məbləği “Georgian Manganese” MMC ödəyir. Ödənişin nə formada olduğu onlar üçün naməlumdur. Gürcüstanın özünüidarəetmə orqanları arasında ən qeyri-şəffaf qurumlardan biri olan Çiatura meriyası da bununla bağlı izahat vermir.
İtxvisidəki dağıntının əsl səbəblərini müəyyən etməli olan dövlət komissiyasının rəyinə görə, məsuliyyət “Georgian Manganese”yə düşmür. Komissiya İtxvisidə torpağın çökməsinin manqan mədən işlərindən qaynaqlandığını inkar etməyib, lakin, buna səbəb kimi 1970-80-ci illər hasilatını hallandırıb və “Georgian Manganese”nin - 2007-ci ildən Çiaturada manqan hasilatı ilə məşğul olan şirkətin məsuliyyətini qəti şəkildə istisna edib. Əslində, “Dağ Xəbərləri”nin jurnalist araşdırması göstərib ki, “Georgian Manganese”nin son dövrlərdə, hətta 2007-ci ildən sonrada İtxvisini altından filiz çıxarırmış.
Gənc Hüquqşünaslar Assosiasiyası və Sosial Ədalət Mərkəzi zərər çəkmiş İtxvisililərə bir neçə dəfə hüquqi dəstək təklif etsə də, ailələrdən heç biri “Georgian Manganese”yi və Çiatura şəhər meriyasına qarşı mübahisəyə başlamayıb.