“Bu gün sülhü, sabitliyi, o böyük transformasiya və dəyişikliyi, demək olar ki, 10 illik avropalaşmanı gətirən 11 illik fəaliyyətimizin bir növ taclandırılması və yekunudur. Qeyd etmək lazımdır ki, Bidzina İvanişvili və onun bütün komandası, bu böyük, milli işi davam etdirən “Gürcü Arzusu” tarixi dəyişiklik etməsəydi, buna nail olmaq mümkün olmazdı”, - Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə, Avropa Komisiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verdiyi məlum olduqdan sonra bldirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin sözlərinə görə, hökumət son bir ildə 12 tövsiyənin icrası üzərində sutkada 24 saat işləyib. “Təəssüf ki, müxalifət və təbii ki, radikal müxalifəti nəzərdə tuturam, ölkəmizin Avropaya inteqrasiyası yolunda heç bir iş görməyib”, - deyən baş nazir bütün bunların hamısının xalqın öz iradəsinin ifadəsi nəticəsində verilən qərarlar olduğu barədə açıqlamaların spekulyasiya olduğunu vurğulayıb.
“Hər hansı bir hökumət və ya hakimiyyət Avropaya inteqrasiya yolunda əlverişli nəsə edibsə, bu, “Gürcü Arzusudur”, bu, assosiasiya razılaşması, azad ticarət, vizasız rejim, keçən il əldə etdiyimiz Avropa perspektivi və namizəd statusudur ki, bunun da nəhayət dekabrda imzalanacağına inanıram.
Bizim avropalı dostlarımızla sıx koordinasiyamız olacaq və burada qeyd etmək istəyirəm ki, çoxsaylı maneələrə, çoxsaylı müqavimətlərə, sabotajlara, təxribatlara və çoxsaylı dağıdıcı hərəkətlərə, daxili və xarici düşmənlərin birgə, razılaşdırılmış hərəkətlərinə baxmayaraq, biz qalib gələcəyik, bu gün ölkəmiz, xalqımız qalib gəldi, həqiqətimiz qalib gəldi və bugünkü tanınma münasibəti ilə bir daha hər kəsi ürəkdən təbrik edirəm”, - deyə Baş nazir qeyd edib.
Avropa Komissiyasının qeyd-şərtlərinə gəlincə, bu qeyd-şərtlər yerinə yetirilmədən ölkə Avropa İttifaqına üzvlüyün növbəti mərhələsinə keçə bilməz, baş nazir deyib:
“Bu, normal təbii prosesdir ki, biz bunu mütləq davam etdirəcəyik, çünki avropalı həmkarlarımızla olan kordinasiyamızda olduğu kimi, tövsiyələrin böyük bir hissəsi həyata keçirilib, bəziləri qismən həyata keçirilmiş ola bilər, lakin bu, təbii, normal prosesdir ki, biz bunu izləyirik və bu işi sona çatdıracağıq”, - baş nazir bildirib.
Avropa Komissiyasının sədri və Avropa İttifaqının Gürcüstandakı səfiri tövsiyənin verilməsi ilə bağlı qərarı elan edərkən və təbrik edərkən, Gürcüstan xalqının xidmətlərini xüsusilə vurğulayıb.
“Bu, Gürcüstan üçün həqiqətən böyük addımdır və Gürcüstan əhalisinin əksəriyyətinin Avropa İttifaqına qoşulmaq üçün təsirli və aydın mövqeyin’ vurğu edir”, - Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
“İlk növbədə, mən Gürcüstan əhalisini, Gürcüstanın Avropa yolunu qəti və ardıcıl şəkildə dəstəkləyən insanları ürəkdən təbrik edirəm”, - Aİ səfiri Pavel Herçinski bildirib.
Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı yekun qərar dekabrın 14-15-də keçiriləcək sammitdə qəbul edilməlidir.
Avropa Komissiyası Gürcüstanın yerinə yetirməsi üçün 9 şərt təyin edib, bundan sonra ölkə üzvlük danışıqları mərhələsinə keçəcək. Şərtlərin siyahısı aşağıdakı kimidir:
- Aİ və onun dəyərləri haqqında dezinformasiyaya, xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə;
- Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun təkmilləşdirilməsi;
- Siyasi qütbləşməyə qarşı əlavə mübarizə - o cümlədən parlamentdəki müxalifət partiyaları ilə, xüsusən də Avropaya inteqrasiya ilə bağlı qanunvericilik üzərində daha inklüziv işləmək;
- Xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi; ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin tam yerinə yetirilməsi. Seçki islahatlarının başa çatdırılması, o cümlədən səsvermə günündən xeyli əvvəl seçicilərin adekvat təmsilçiliyinin təmin edilməsi;
- Parlament nəzarətinin, xüsusən də təhlükəsizlik xidmətlərinin təkmilləşdirilməsi. Əsas institutların - seçki administrasiyasının, Milli Bankın və Rabitə Tənzimləmə Komissiyasının institusional müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi;
- Şəffaf və inklüziv proses vasitəsilə Venesiya Komissiyasının tövsiyələrini tam şəkildə yerinə yetirməklə, məhkəmə islahatlarının, o cümlədən Ali Ədliyyə Şurasının və Prokurorluğun hərtərəfli islahatının başa çatdırılması və həyata keçirilməsi;
- Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin səmərəliliyinin və institusional müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi. Venesiya Komissiyasının bu orqanlarla bağlı tövsiyələrini inklüziv proses vasitəsilə nəzərdən keçirmək. Korrupsiya və mütəşəkkil cinayətkarlıq hallarının səmərəli araşdırılmasında güclü təcrübənin toplanması;
- Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, şəffaf və inklüziv proses nəticəsində de-oliqarxizasiyanın çoxsahəli, sistemli yanaşma ilə, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməsi üçün de-oliqarxizasiya üzrə mövcud fəaliyyət planının təkmilləşdirilməsi;
- İnsan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsi, o cümlədən iddialı insan hüquqları strategiyasının qəbul edilməsi və sərbəst toplaşma və ifadə azadlığının təmin edilməsi. Həssas qruplara, media mütəxəssislərinə və vətəndaş fəallarına qarşı təhdid hadisələri ilə bağlı qərəzsiz, effektiv və vaxtında araşdırmalara başlamaq və zorakılığın təşkilatçılarını və icraçılarını məsuliyyətə cəlb etmək. Vətəndaş cəmiyyəti ilə məsləhətləşmələrin aparılması, onların qanun və siyasətin formalaşmasında iştirakının təmin edilməsi və işləmək azadlığının təmin edilməsi.