İyul ayından müəllimlərin maaşları artacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində hökumət dövlət məktəblərində çalışan müəllimlərin maaşlarını artırır. İyulun 1-dən yeni əməkhaqqı sxemi tətbiq olunacaq ki, bu sxemə əsasən 37 min müəllimin maaş ən azı 500 lari artacaq.

Təhsil Nazirliyindən bildirilib ki, bu gün sistemdə 52 mindən çox müəllim var və orta hesabla:

  • 500 lari - 21 000-dək müəllimin;
  • 600 lari - 8000-dək müəllimin;
  • 700 lari - 5000-dək müəllimin;
  • 800 lari - 3000-dək müəllimin əmək haqqı artırılır ki, bu, ümumilikdə müəllimlərin 70%-dən çoxunu təşkil edir.

Müəllimlərin təxminən 25%-nin maaşı 300-400 lari səviyyəsində artacaq. Minimum, 200 larilik artım müəllimlərin təxminən 5%-nə şamil olunacaq.

Baş nazir İrakli Kobaxidzenin fikrincə, bu, əmək haqqının “əhəmiyyətli artımıdır” və son nəticədə ümumi təhsil sisteminə və təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.

“Təbii ki, bu, təhsil sisteminin gələcək inkişafı istiqamətində atılmalı olan bir addımdır və islahatların həyata keçirilməsi növbəti 4 ildə də davam etdiriləcək. Həm ümumi, həm də ali təhsilin bütün sahələri islahatlarımızın ən mühüm istiqamətlərindən və prioritetlərindən biri olacaq”, - deyə Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Milli Statistika Xidmətinin məlumatına görə, 2023-2024-cü tədris ilinin əvvəlində Gürcüstanın dövlət məktəblərində 57 586 müəllim işləyirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur