Kadırovun sözlərinə görə, Ukraynada döyüşən “Axmat” üçün 1000-dən çox hərbi maşın alınıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Çeçenistan hökuməti “Axmat” sıralarında Rusiya tərəfində döyüşən çeçen döyüşçüləri üçün mindən çox hərbi texnika alıb. Bu barədə Ramzan Kadırov məlumat verib.

Kadırovun sözlərinə görə, çeçen bölmələrinin maddi-texniki təchizatı prioritet məsələlərdən biridir və buna görə də daim hərbi texnika alınır.

“Xüsusi hərbi əməliyyat başladıqdan sonra biz əsgərlərimiz üçün mindən çox hərbi texnika, o cümlədən 128 zirehli texnika aldıq. Beləliklə, biz “Axmat”ın çeçen bölmələrinin nəqliyyat təminatı problemini aradan qaldırdıq ki, bu da son nəticədə onların yüksək səmərəliliyinə təsir etdi”, - Kadırov bildirib.

Çeçenistan rəhbəri sosial şəbəkələrdə də bir neçə onlarla hərbi texnikanın göründüyü video yayıb. Kadırov deyir ki, çərşənbə axşamı keyfiyyətini şəxsən yoxladığı bu yeni partiyaya 100 ədəd pikap, zirehli transportyor, zirehli avtomobil və yük maşınları daxildir.

“Biz Belqorodu, istənilən zəif yeri müdafiə etməyə hazırıq. Bizim şəhər şəraitində döyüşməyi bilən xüsusi alaylarımız, meşəlik ərazilərdə döyüşməyi əla bilən batalyonlarımız da var. Döyüşçülərimiz. əgər orada düşmən olarsa, hətta Şimal qütbünə də gedə bilərlər. Cəmiyyətimiz böyük, müdrik, uzaqgörən prezidentimiz, ideyamız ətrafında birləşməlidir”, - deyə Kadırov bildirib.

Ramzan Kadırov sözügedən texnikanın hansı vəsaitlə alındığını açıqlamayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur