Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze “Formula” teleşirkətinin jurnalistini “həyasız əclaf” adlandırıb. Kaladzenin özü şifahi təhqiri əks etdirən videonu “Radikalların jurnalisti” başlığı ilə yayıb.

Hakim partiyanın lideri jurnalistə qarşı rus qanunu əleyhinə aksiyada rezin güllələrdən istifadə edilməsi ilə bağlı sualdan sonra aqressivləşib.

Ondan əvvəl polisin rezin güllələrdən istifadə etmədiyini, “qalanının aydınlaşdırılacağını” deyən Kaladzedən “Formula” jurnalisti “Daxili İşlər Nazirliyi və siz bu cür sırtıqca yalan danışmaqdan çəkinmirsiniz?” deyə soruşub.

“Bir az tərbiyəli ol. Siz kimsiniz ümumiyyətlə? Tərbiyyəni ailənizdə öyrənməmisiniz? Sırtıqlığı evdə, ailənizdən soruşun. Həyasız əclaf. “Cənab Kaxa” yox, ailəndən soruş dedim. Sırtıq, evə getdikdə anana və atana deyərsən. Tərbiyyəsiz. Sən həyasız, tərbiyyəsizsən. Sırtıq səni böyütdüyünə görə ata və anana de”, - Kaladze jurnalistə bildirib.

Mayın 1-də parlament ikinci oxunuşda rus qanununu dəstəkləyib və bu, daha bir çoxminlik etiraz aksiyasına səbəb olub. Qanunverici orqanın həyətində yerləşən xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqlarından və bibər qazından istifadə edib, gözyaşardıcı qaz da buraxıblar. Vətəndaşlar rezin güllələrə də tuş gəlib, lakin Daxili İşlər Nazirliyi aksiyanı dağıtmaq üçün bu vasitədən istifadə etdiyini təkzib edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur