Tbilisi meri Kaxa Kaladze hökumətin bu gün, yanvarın 17-də keçirilən iclasında söz verib ki, Tsereteli prospektində yol işləri yanvarın sonunadək başa çatdırılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizdən bir neçə dəfə müddətin təxirə salınması tələb olunsa da, bu şirkətlər işləri müddətində yerinə yetirə bilmədilər və biz bu qərarı qəbul etdik. Söhbət yekun müddətin təxirə salınmasından getmir, yanvar ayı həmişə keçərli olub, söhbət daxili müddətlərdən gedir. Artıq keyfiyyətdə problemlər var idi, lakin bu proses əsnasında düzəldilir.
Biz bu şirkətlərlə vidalaşmaq qərarına gəldik, çünki Tbilisililər qarşısında ən böyük məsuliyyət daşıyan şəhər meri kimi mənim üçün yanvarın sonunda ikitərəfli nəqliyyatın heç bir problem olmadan bərpa olunması vacibdir. Buna görə də şirkətlərin seçilməsi davam etdirilir.
Əgər biz - mən, müavinlərim, işçilərimiz Tsereteli prospektində işləməli olsaq, yanvarın sonuna qədər yol infrastrukturu başa çatdırılmalı və nəqliyyatın hərəkəti bərpa olunmalıdır. Bu şərt mütləq yerinə yetiriləcək”, - Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, Tsereteli prospektinin abadlaşdırılması mühüm layihələrdən biridir: “İşlər çox geniş miqyaslıdır. Biz təkcə yolun səthi, yeni yolun çəkilməsi ilə məhdudlaşrmırıq. Biz yeraltı kommunikasiyaları yeniləməyə başladıq, bu çox vacibdir və bu prospektin mövcudluğundan bu yana, bu miqyasda işlər həqiqətən aparılmayıb”, - Kaxa Kaladze bildirib.
Yanvarın 15-də Tbilisi meriyası “Er Te Des” MMC və “Millenium Builders Group” MMC şirkətləri ilə bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verib. Meriya “Tbilisi Bələdiyyə Laboratoriyası”nın gəldiyi nəticəyə əsaslanıb ki, ona görə işlər keyfiyyətsiz, layihəyə uyğun gəlməyən şəkildə yerinə yetirilib. Bundan əlavə, plan-qrafiklə bağlı gecikmə yaranıb.
Meriya ümumi dəyəri 31 milyon laridən çox olan Tsereteli prospektinin bərpası üçün üç tender elan edib.
Yanvarın 15-də Tsereteli prospektinin bərpasını iki həftə ərzində başa çatdırmaq üçün meriyası yeni şirkətin seçilməsi üçün sadələşdirilmiş satınalma elan edib və bu gün, yanvarın 17-da dörd şirkətlə 17,5 milyon lari dəyərində müqavilələr imzalayıb. “Black Sea Group” 4 milyon lari, “Parma” 5,6 milyon, “Enko” 3,5 milyon, “Jew Group” isə 4,4 milyon lari alacaq.
“Vahid Milli Hərəkat” Kaxa Kaladzeni korrupsiyada ittiham edərək onun istefasını tələb edib. Partiyada deyildiyi kimi, Tbilisi meri sonradan “Gürcü a
Arzusu”nun donoru olan həmin şirkətlərlə müqavilələr bağlayır. Müxalifət partiyası həmçinin Tsereteli prospektinin abadlaşdırılması ilə bağlı araşdırmaya başlanılmasını tələb edir.