Kaxetidə xarici ölkə vətəndaşı olan qadın öldürülüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kaxetidə, Qombori yolunda yerləşən su anbarında qadın meyiti tapılıb. Gürcüstan vətəndaşı, 60-dək yaşı olan kişi qətl törətməkdə təqsirli bilinərək saxlanılıb.

Qətlə yetirilən qadın Özbəkistan vətəndaşıdır. Yerli sakinlərin sözlərinə görə, onun başında yara olub. Ehtimal olunur ki, qadını əvvəlcə küt alət ilə vurublar, sonra isə İori çayına atıblar.

Meyit ekspertizaya göndərilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Ötən il Gürcüstanda 21 qadın qətlə yetirilib, 19 qadının öldürülməsinə cəhd edilib.

2014-2022-ci illərdə 186 qadın qətli törədilib. Qadının 92-si ailə, 94-ü isə digər səbəblərə görə qətlə yetirilib. Həmin dövrdə qadınların öldürülməsinə cəhdlə bağlı 129, o cümlədən ailə zəminində 79, digər səbəblərdən isə 50 fakt qeydə alınıb.

Qadını cinsi, habelə ailə zəminində qəsdən öldürmə 16 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur