Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək səviyyədədir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çətin meteoroloji şəraitə görə (çovğun, görmə məhdudluğu) Axalkalaki-Kartsaxi yolunda, Axaltsixe-Ninotsminda avtomobil yolunun 90-112 km-liyində və Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-147 km-liyində (Aiazma-Ninotsminda) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Güclü qar, çovğun və uçqun təhlükəsi ilə əlaqədar Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunun 30-35 km-lik hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Güclü qar, uçqun təhlükəsi və görmə qabiliyyətinin məhdudlaşmasına görə Kutaisi (Mozameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun Nakerala aşırımı hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Güclü qar yağması və uçqun təhlükəsi ilə əlaqədar Zuqdidi-Jvari-Mestia-Lasdili avtomobil yolunun 30-193 km-liyində (Jvari-Lasdil) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Güclü qar və aşağı temperatur səbəbindən Vaziani-Qombori-Telavi avtomobil yolunun 36-60 km-liyində (Tetritsklebi-Verona) nəqliyyatın hərəkətinə yalnız yüksək çəkmə qüvvəsinə malik (iki və ya daha çox körpüsü olan) avtomobillərin hərəkətinə icazə verilir.
Güclü qar və aşağı temperatur ilə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 27-158 km-liyində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Qarın intensiv olması ilə əlaqədar Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, fevralın 8-dək Gürcüstanda güclü yağıntının olacağı, əsasən qar şəklində yağacağı və bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb rayonlarında), dağlıq regionlarda duman, çovğun olacağı, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir. Dənizdə güclü, 6 bal gücündə tufan olması ehtimalı var. Fevralın 6-da çox güclü külək əsəcək.
Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.