Rusiya prezidenti Vladimir Putin “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanını “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağına söz verib. Onun sözlərinə görə, “vəziyyətin ağır olduğu” və “faktiki olaraq mülki və hərbi orqanların işinin əngəlləndiyi” Rostov-Donda “qətiyyətli addımlar” atılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fövqaladə müraciət zamanı Putin Rusiyadakı vəziyyəti 1917-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş verən hadisələrlə müqayisə edib. Onun sözlərinə görə, o zaman qələbə Rusiyadan oğurlanıb, ordunun, xalqın kürəyi arxasından vuran intriqalar, qarşıdurmalar dövlətin parçalanmasına, nəhəng ərazilərin itirilməsinə gətirib çıxarıb və sonda vətəndaş müharibəsi baş verib. Putin bunun bir daha baş verməsinə imkan verməyəcəyini bildirib.
“Birliyimizi pozan hərəkətlər əslində öz xalqımızdan, indi cəbhədə vuruşan yoldaşlarımızdan qaçınmaqdır. Bu, ölkəmiz və xalqımız üçün arxdan vurulan zərbədir... Biz xalqımızı, dövlətçiliyimizi istənilən təhlükədən, o cümlədən daxili xəyanətdən qoruyacağıq. Toqquşduğumuz şey xəyanətdir. Həddindən artıq ambisiyalar və şəxsi maraqlar xəyanətə gətirib çıxardı. Bu ölkəmizə olduğu kimi, xalqımıza, “Vaqner” dəstəsinin əsgər və komandirlərinin digər birlik və hissələrimizlə birlikdə döyüşüb həlak olduqları, Novorossiyanın, rus dünyasının birliyi uğrunda döyüşüb, canlarını verdikləri məqsədə - Soledari və Artyomovski, Donbas şəhərlərini azad edən qəhrəmanlara xəyanətdir. Onların adına və şöhrətinə xəyanət edənlər üsyan təşkil etməyə çalışanlar, ölkəni anarxiya və qardaş qırğınına, sonda isə məğlubiyyətə və təslim olmağa sövq edənlərdir”, - Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, istənilən daxili iğtişaş Rusiya üçün “ölümcül təhlükə”dir və ondan qorunmaq üçün “sərt tədbirlər” görüləcək.
“Şüurlu şəkildə vətənə xəyanət yolu tutan, silahlı üsyan hazırlayan, şantaj və terror üsulları yolu ilə gedən hər kəsi həm qanun qarşısında, həm də xalqımız qarşısında qaçılmaz cəza gözləyir, onlar buna görə cavab verəcəklər.
Silahlı qüvvələrə və digər dövlət qurumlarına lazımi əmrlər verilib və hazırda Moskvada, Moskva vilayəti və digər bölgələrdə əlavə antiterror tədbirləri görülür. Rostov-Dondaki vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Faktiki olaraq blokadada olan mülki və hərbi hakimiyyət orqanlarının fəaliyyətinin bərpasə çətin olaraq qalır.
...Hərbi qiyam təşkil edib hazırlayan, yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram”, - deyə Vladimir Putin bildirib.
İyunun 23-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlər”in Ukraynadakı düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqner” “ölkədə bu pozğunluğun niyə baş verdiyini” öyrənməyə hazırlaşır.
...Hərbi qiyam təşkil edib hazırlayan, yoldaşlarına silah qaldıran kəs Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan, çəkinməyə çağırıram”, - deyə Vladimir Putin bildirib.
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini Ukraynadakı “Vaqnerlər”in düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqner” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedir.
Rusiya hərbi rəhbərliyinin gətirdiyi şərin qarşısı alınmalıdır. Onlar əsgərlərin həyatınlarına məhəl qoymurlar, “ədalət” sözünü unudublar və biz onu qaytaracağıq. Ona görə də, bu gün bizim oğlanlarımızı və on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzalarını alacaqlar. Xahiş edirik ki, heç kim bizə müqavimət göstərməsin... Bizə müqavimət göstərən hər kəs təhdid sayılacaq və yolumuza mane olan hər kəs, o cümlədən bütün blokadalar dərhal məhv ediləcək.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığında, Rostov-Donudakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edir.
Rusiya Müdafiə Nazirliyi “Vaqnerlilər”in mövqelərinin bombalanmasını təkzib edir və Yevgeni Priqojinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını və təxribat olduğunu bildirir. Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Ötən gecə Moskvanın mərkəzinə də hərbi texnika çıxarılıb.