Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tabeliyindəki müəssisə, Milli Kinematoqrafiya Mərkəzi Tbilisi Beynəlxalq Film Festivalını daha maliyyələşdirməyə bilər. Bu barədə nazir Tea Tsulukiani tərəfindən kino mərkəzinin rəhbəri vəzifəsindən azad edilən Qaqa Çxeidzenin Almaniyanın dövlət mükafatı - “Höte medal”ı ilə təltif edilməsindən sonra bildirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Höte medalı” 1954-cü ildən xaricdə alman dilinə töhfəsi və beynəlxalq mədəni əməkdaşlığın təşviqinə görə hər il verilir. Qaqa Çxeidzenin mükafatlandırılması mayın 31-də məlum olub. Bununla bağlı Höte İnstitutunun dərc etdiyi məlumatda qeyd olunub ki, Qaqa Çxeidze 2005-2018 və 2019-2022-ci illərdə Gürcüstan Milli Kino Mərkəzinin direktoru olub və Rusiyanın Ukraynadakı müharibəsini tənqid edərək, Ukrayna ilə həmrəylik bəyanatı dərc etdikdən sonra 2022-ci ilin mart ayında Mədəniyyət Nazirinin qərarı ilə vəzifəsindən azad edilib.
Kino Mərkəzi iddia edir ki, Höte İnstitutu “Kino Mərkəzinin dövlət qurumu kimi nüfuzuna əsassız şəkildə kölgə salan və ictimaiyyəti çaşdıra biləcək” “yalan, ikiüzlü ittiham” və “qeyri-adi saxtakarlıq” dərc edib.
Kino Mərkəzin izahatına görə, Çxeidze audit hesablarına əsasən, “onun qanunvericiliyə tamamilə zidd olan maliyyə vəsaitlərini xərcləməsi faktları, Kinomərkəzdə maliyyə idarəetmə sistemində ciddi nöqsanlar, satınalmalar üzrə Gürcüstan qanunvericiliyinin sistematik pozulması xarakteri, nepotizm, nəzarət sisteminin olmaması və digərləri əsasında tutduğu vəzifədən azad edilib”.
“Qaqa Çxeidzenin işdən azad edilməsinə səbəb kimi onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıq şəkildə ifadə etdiyi mövqeyi ilə bağlı deyilən ittihamlar əsassızdır, yalandır və elementar həqiqət və mənəviyyatla heç bir əlaqəsi yoxdur.
Bu mövzu ilə maraqlanan ictimaiyyət üçün yəqin ki, anlanılması vacib olardı ki, Kino Mərkəzi direktoru Qaqa Çxeidze olan Tbilisi Beynəlxalq Film Festivalını 2022-ci ildə 150 000 lari, 2023-cü ildə isə 125 000 lari ilə maliyyələşdirib. Eyni festival kino mərkəzi ilə birlikdə 2021-ci ildə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi də 47.000 lari ilə maliyyələşdirib.
Çox sadə sual yaranır - əgər Kino Mərkəzi Ukraynanı dəstəkləmirsə (Höte İnstitutunun məqaləsinin müəlliflərinin məntiqinə görə) və bu səbəbdən “məzlum” Qaqa Çxeidze tutduğu vəzifədən azad edilirsə, niyə Qaqa Çxeidzenin festivalını maliyyələşdirir. ? Həmçinin Kino Mərkəzi və Mədəniyyət Nazirliyi Ukraynanı dəstəkləmirsə (Höte İnstitutunun məqaləsinin müəlliflərinin məntiqinə görə) və Qaqa Çxeidze Ukraynanın fədakar tərəfdarıdırsa, niyə o, onun festivalı üçün məhz bu cür dövlət təşkilatlarından maliyə alır?!
Baxmayaraq ki, Höte İnstitutunun məqaləsinin müəlliflərinə inansaq Qaqa Çxeidzenin gürcü kinosu və kino sənayesinə sözdə töhfəsi haqqında daha çox danışmaq olar, qalanını cəmiyyətin özü mühakiməsinə buraxmaq lazımdır. Qaqa Çxeidzenin nailiyyətlərinin daha bir əyani nümunəsi kimi, yuxarıda qeyd olunan audit hesabatında göstərilən ciddi qanun pozuntuları ilə yanaşı, onun Tbilisidə, gürcü kinosunun nümayiş olunduğu Ağmaşenebeli prospektində “Gürcü filmi” ərazisinin inkişafı yönündə atdığı addımlar da kifayət olardı.
Yuxarıda qeyd olunan saxta və tamamilə qəbuledilməz ittihamlar fonunda Kino Mərkəzi Qaqa Çxeidzenin rejissorluğu ilə kinofestivalın maliyyələşdirilməsini davam etdirmək qərarına yenidən baxmaq hüququnu özündə saxlayır”, - Kino Mərkəzinin bəyanatında deyilir.
Onların məlumatına görə, audit aktı Baş Prokurorluğa göndərilib və kino mərkəzinə məxsus külli miqdarda pulun mənimsənilməsi ilə bağlı araşdırmalar davam edir.
2021-ci ilin mart ayında Mədəniyyət, İdman və Gənclər Nazirliyinin ayrılması və Tea Tsulukianinin nazir təyin edilməsindən sonra nazirliyin tabeliyində olan qurumlarda yenidənqurma və genişmiqyaslı kadr dəyişiklikləri başlanmış, nəticədə 70-dən çox əməkdaş öz vəzifəsindən azad olunmuşdur. Qaqa Çxeidze Tea Tsulukianinin sərəncamını məhkəməyə şikayət edib.