Baş nazir İrakli Kobaxidze Şovi faciəsindən bir il sonra həlak olanların əilələrinə söz verib ki, onların yaxın günlərdə istintaqın təfərrüatları ilə tanış olmaq imkanlarıı olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hələ bu gün mən həlak olanların əilələrinə söz verdim ki, yaxın bir neçə gün ərzində biz onların, bütün maraqlı tərəflərin istintaqın təfərrüatlarını öyrənəcəkləri, o cümlədən mütəxəssisləri dinləmək imkanı olacaq görüş təşkil edə bilərik. Əgər onların əlavə sualları olarsa, biz bu əlavə sualları da araşdıracağıq. Mən artıq söz vermişəm ki, yaxın gələcəkdə belə bir görüş mütləq olacaq”, - Kobaxidze jurnalistlərin istintaqın niyə başa çatmadığını soruşduqda deyib.
İrakli Kobaxidze bu gün Şovidə parlament sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, Nazirlər Kabinetinin üzvləri, qanunverici və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə birlikdə olub. Hökumət administrasiyasının məlumatına görə, baş nazir bir il əvvəl baş vermiş faciədə həlak olanların ailə üzvləri və yaxınları ilə danışıb və bir daha başsağlığı verib.
Faciənin baş verdiyi yerdə 13 asuriyalı ata adını daşıyan məbədin tikilməsi və təbii fəlakət qurbanlarına xatirə abidəsinin ucaldılması planlaşdırılır.
“Bu gün maksimum diqqət və həmdərd olduğumuzu göstərmək bizim borcumuzdur. Hökumət üçün vacib olan ərazinin təşkili ilə bağlı konkret müraciətlər var və bütün xahişlərin yerinə yetirilməsi üçün hər şey ediləcək.
Burada məbəd tikiləcək. Bu, ailə üzvləri dünyasını dəyişən insanlara qarşı bir növ kiçik həmdərdlikdir”, - Kobaxidze bildirib.
Şovi faciəsindən bir il ötür. Təbii fəlakət nəticəsində 33 nəfər həlak olub. Onlardan birinin meyiti bu günə qədər tapılmayıb.
İmereti Polis İdarəsində Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci (ehtiyatsızlıqdan insan tələfatı) və 240-cı maddəsinin 2-ci (mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma) ilə nəzərdə tutulmuş cinayətin əlamətləri ilə istintaq aparılır. 12 ay keçməsinə baxmayaraq, heç kim məsuliyyətə cəlb edilməyib.
Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin hesabatına görə, Şovidə təbii fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq praktiki olaraq mümkün olmayıb və həyəcan siqnalının təşkili nəticələrinin qarşısının alınmasında effektli ola bilməzdi.
“Dağ Xəbərləri”nin jurnalist araşdırması göstərdi ki, Şovidə fəlakət onilliklər ərzində gözlənilən idi. Bunu onlarla sənəd, ixtisaslı tədqiqatlar, geoloji xəritələr və təbii fəlakətlər göstərirdi. Buna baxmayaraq, kurort ərazisində bir dənə də olsun evakuasiya planı, lövhəsi belə yox idi. Hakimiyyət orqanlarının cinayətkar laqeydliyi ucbatından “Sanset Şovi”nin istirahətçilərini xilas edən və ondan əvvəl Mamison kotteclərinin bütün sakinlərinin ölümnə səbəb olan Buba çayı üzərindəki bənd tam tikilməyib. Fəlakətdən sonra xilasetmə əməliyyatı koordinasiyasız aparılıb. Protokol olmayıb, xilasedicilərin lazımi avadanlıqları olmayıb, ən qiymətli ilk saatlar itirilib. İnsanlar ölümlə üz-üzə qalıb. Xilasetmə əməliyyatı bir neçə saat gec başlayıb və avqustun 3-də axşam saatlarında dayandırılıb. Bütün gecə ərzində helikopterlər uçmayıb, xilasedicilər işləməyib, pilotsuz uçuş aparatlarından istifadə edilməyib. Düzgün istintaq hərəkətləri aparılmayıb, meyitlər məcburi prosedurlar aparılmadan morqa təhvil verilib və bu da ölümün dəqiq səbəbini və vaxtını müəyyən etməyi mümkünsüz edib.