Milli Ətraf Mühit Agentliyinin mütəxəssislərinin yekun hesabatına görə, 2023-cü ilin avqustun 3-də Raçada, Şovi istirahət zonasında baş vermiş fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq praktiki olaraq qeyri-mümkün olub və siqnalizasiya sisteminin təşkili proseslərin bu cür nəticələnməsinin qarşısının alınmasında effektiv ola bilməzdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün, fevralın 16-da dərc olunan sənəddə bildirilir ki, 2023-cü ilin avqustun 3-də, saat 15:10-da Bubistskali çayı vadisində fəlakətli palçıq axını hidrometeoroloji və geoloji hadisələrin üst-üstə düşməsi nəticəsində baş verib. İnkişaf etmiş geodinamik proseslərdə insanın təsiri birmənalı olaraq istisna edilir və yalnız təbii amillərlə bağlı olduğu bildirilir
Hesabat görə, Bubistskali vadisində aparılan sahə tədqiqatları əsasında müəyyən edilib ki, Buba buzlağının qərbində dağ-süxur kütləsi çöküb və buzlaqla dinamik təmas yaranıb. Bu isə buzlağın müəyyən hissəsinin deformasiyasına və çökməsinə səbəb olub ki, bu da buzlaqdaxili çatlarda suyun daşması ilə nəticələnib, həmçinin süxur kütləsinin bərk materialının buzlaqın səthinə sürtünməsi nəticəsində buzlağın sürətli, intensiv şəkildə əriməsi baş verib. Bundan sonra meydana gələn axın dərə yatağında yüksək sürətlə hərəkət etməyə başladı.
Sənəd avqustun 6-da qurumun apardığı ilkin qiymətləndirməni təkrarlayır. Həmin sənədə əsasən, Bubistskalidə nə fəlakət inkişaf etməmişdən əvvəl, nə də fəlakətin inkişafı zamanı uzunmüddətli su yığılması müşahidə edilməyib.
“Sürüşmə kütləsinin orta sürəti 18-24 m/s təşkil edib. Fəlakətin qaynaqlandığı-aktivləşdiyi zonadan Şovinin “kotteclər” adlanan ərzisinə sel 7,5-10 dəqiqə ərazisinə çatmalı idi”, - hesabatda deyilir.
Mütəxəssislərin yekun rəyinə görə, Gürcüstan ərazisi daxilində Qafqazın cənub yamacında yerləşən Bubistskali çayı vadisi 2023-cü il avqustun 3-də baş vermiş fəlakətədək “çayın yatağında meydana gələn ayrı-ayrı daşqınları saymasaq”, son 100 il ərzində əhəmiyyətli palçıq axının baş vermədiyi nadir vadilərdən olub.
“Bir anda inkişaf edən və 2023-cü ilin avqustun 3-nə təsadüf edən mürəkkəb xarakterlu təbii fəlakətin formalaşması bir çox amillərdən asılı olub. Bütün dünyada bu tip hadisələrin baş verməsi və aktivləşməsinin dəqiq vaxtını proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil”.
“Təbii fəlakətin sürətli inkişafı və onun baş vermə zonasından yaşayış məntəqəsinə qədər olan qısa məsafəni nəzərə alaraq belə mürəkkəb mənşəli təbii fəlakət üçün həyəcan siqnalı sisteminin təşkili proseslərin bu cür nəticələnməsinin qarşısının alınmasında effektiv ola bilməzdi”.
Mütəxəssislərin hesablamalarına əsasən, Bubistskali vadisində aktivləşən bərk materialın, o cümlədən buzlaq parçaları və qopmuş ağac və bitki tipli materialın həcmi, ən az 4 milyon kubmetr təşkil edib. Bunun da 1 milyon kubmetrə qədəri Şovi kurortunun ərazisində toplanıb. Hesabatda deyilir ki, dağ-süxur ərazisinin dibində, Buba buzlağının səthində, Bubistskali çayının başlanğıcında və onun qollarında 1,5 milyon kubmetrə yaxın bərk material yığılıb və bu səbəbdən təhlükə bu gün də qalmaqdadır.
Milli Ətraf Mühit Agentliyin yekun hesabatına tövsiyələr də daxildir, xüsusən:
“Çay vadisinin hidromorfoloji parametrlərini nəzərə alaraq, Bubistskali çayı vadisində sel düzənliklərinin və tranzit zonanın formalaşdığı sahəsində hər hansı əsaslı mühafizə tədbirlərinin həyata keçirilməsi tövsiyə edilmir;
Son illər iqlim dəyişikliyi nəticəsində yaranan buzlaq və geodinamik hadisələrin tezliyinin və intensivliyinin artması ilə əlaqədar Qafqazın cənub yamaclarında müxtəlif miqyaslı təbii təhlükələr davam etməkdədir. Buna görə də, mövcud təhlükələrin dərəcəsini qiymətləndirmək üçün kompleks tədqiqatları davam etdirmək lazımdır. Bubisskali çayı vadisində (26 ha) təbii fəlakət zonasında hər hansı yeni infrastrukturun yaradılmasına və mövcud binaların istismarına icazə verilmir;
Bubisskali çayı vadisi və Şovi fəlakət zonası üçün hərəkət qaydaları hazırlanmalı və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır.
Buzlaq vadilərindən qaynaqlanan təhlükə nəticəsində mümkün qədər çox insan tələfatının qarşısını almaq və iqtisadi itkiləri minimuma endirmək üçün Gürcüstan ərazisində buzlaq vadilərinin aşağı axarında yaşayış məntəqələrinin və infrastrukturun təhlükələrini/risklərini qiymətləndirmək (risk zonalarının qiymətləndirilməsi), risk zonasında yaşayış məntəqələrinin müəyyən edilməsi və müvafiq ilkin tövsiyələrin hazırlanması.
Ümumiyyətlə, oxşar tipli vadilərdə oxşar miqyaslı proseslərdə kapital mühafizə tədbirlərinin həyata keçirilməsi texniki cəhətdən mümkün deyil. Hazırda insanları və infrastrukturu qorumağın ən yaxşı və effektiv yolu ərazinin məkan planlaşdırılmasıdır”.
3 avqust 2023-cü ildə Şovi kurortunda baş verən genişmiqyaslı təbii fəlakət 33 nəfərin həyatına son qoyub, 26 hektar ərazidə infrastrukturu dağıdıb.