Helsinki Komissiyasının üzvləri dövlət katibi Entoni Blinkeni Gürcüstandakı vəziyyətlə bağlı “təcili və qəti” tədbirlər görməyə çağırır. Konqresmenlər Co Vilson, Stiv Koen, Riçard Hadson və Mark Visin imzaladığı məktubda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili və onun yaxın çevrəsinə qarşı maliyyə sanksiyalarının tətbiqindən bəhs edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 26-da Blinkenə göndərdikləri məktubda konqresmenlər Gürcüstan demokratiyasına və insan haqlarına xələl gətirənlərə qarşı viza məhdudiyyəti siyasətinin tətbiqini alqışladıqlarını yazır.
“Biz hesab edirik ki, bu, Tbilisidə getdikcə avtoritarlaşan və anti-demokratik hökumətin məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi addımdır. Lakin hadisələrin sürəti və şiddəti bizi düşündürür ki, Gürcüstan əhalisinin qorunması üçün təcili daha çox iş görülməlidir.
Hesab edirik ki, Gürcüstanda korrupsiya və zərərli təsirin əsas qovşaqlarına, yəni Bidzina İvanişviliyə və onun yaxın çevrəsinə qarşı fərdi maliyyə sanksiyalarının tətbiqi prosesinə başlamağın vaxtı çatıb.
Aydın olmalıdır ki, Gürcüstanda və ya anti-Qərb elementləri ilə münasibətdə korrupsiyanın zərərli təsirinin əsas agentlərinin Gürcüstan xalqını ovlamaq və onun demokratiyasına öz istədikləri kimi hücum etmək imkanları olmayacaq”, - məktubda deyilir.
Konqresmenlərin yazdığı kimi, onlarda məlumat var ki, “Gürcü Arzusu”nun zərərli himayəçilik sistemini dəstəkləyən “qara pul”un əhəmiyyətli mənbəyi bütün dünyada yayılmış “fırıldaqçı” zəng mərkəzlərindən gəlir.
“Bu “zəng mərkəzləri” Gürcüstandakı korrupsiya agentləri ilə Rusiyadakı digər kleptokrat həmkarları arasında əməkdaşlıq mərkəzləri kimi görünür. Çox güman ki, Gürcüstanda vətəndaş cəmiyyəti üzvlərini, demokratiya fəallarını, siyasi müxalifəti və onların ailə üzvlərini sıxışdırmaq və qorxutmaq üçün son aylarda eyni “zəng mərkəzləri” müxtəlif yollarla səfərbər edilib.
Onların əldə etdikləri qeyri-qanuni gəlir həm də Gürcüstanda, Rusiyada və onun hüdudlarından kənarda müxtəlif korrupsiya şəbəkələrinin əsas töhfəsidir və Gürcüstanın son antidemokratik və anti-Qərb dönüşünə töhfə verən narahatedici siyasi iqtisadiyyat sisteminin saxlanmasına kömək edir.
Çox güman ki, eyni şəbəkələr Rusiyanın korrupsiya şəbəkələrini qidalandırır və sanksiyalardan yan keçmək və ya yayınmaq üçün sistemlər yaratmaq imkanları yaradır.
Ona görə də biz hesab edirik ki, Dövlət Departamenti ABŞ və dost xarici hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək beynəlxalq səviyyədə bu “zəng mərkəzi” şəbəkələrinə qarşı onların əməliyyatlarını pozmaq və ya qarşısını almaq üçün çevik, təcili və sistematik tədbirlər görməlidir”, - konqresmenlər yazıblar. Onlar qeyd edirlər ki, bu tədbirlər onların təşəbbüsü ilə irəli sürülmüş “Gürcüstanın hesabatlılıq, dayanıqlıq və müstəqillik potensialının gücləndirilməsi və səfərbər edilməsi haqqında Akt”ı tamamlayacaq.
Konqresmenlərin bildiridiyinə görə, “MEGOBARI” Akt Gürcüstanda demokratik təcrübələrin, insan haqlarının və qanunun aliliyinin möhkəmlənməsinə töhfə verəcək. Bundan əlavə, o, ABŞ-ın Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəkləmək və avtoritar rejimlərin, xüsusən də Rusiyanın təsirinə qarşı durmaq öhdəliyini bir daha təsdiq edəcək.