Regional İnkişaf və İnfrastruktur Nazirliyi Kazbek bələdiyyəsində tikilməkdə olan Kuşeti-Kobi tunelində işçilərin ölməsi və xəsarət alması ilə bağlı məlumatı təsdiqləmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müstəqil mənbələr, o cümlədən tunelin tikintisində çalışan şəxslər "Mtis Ambebi"yə məlumat veriblər ki, ventilyasiya sisteminin 2 gün ərzində işləməməsinə görə tuneldə çoxlu miqdarda dəm qazı yığılmışdı.
"Xəsarət alanlardan biri yerli sakindir. Tunelə avtomobillə daxil olmuşdu. Çıxmağa gecikəndə onu axtarmaq üçün girdilər. Təxminən 5 kilometr dərinlikdə idi. Ağır sağlamlıq vəziyyəti ilə xəstəxanaya apardılar. Onu çıxaranda gördülər ki, bir neçə işçi ölmüşdü. Tunelə heç kəsi buraxmadılar. Məlumatı gizlətdilər. İşini itirmək qorxusu ilə heç kim səsini çıxarmır", - yerli sakinlər deyib.
Tuneldə xəsarət alan şəxsin kimliyi “Mtis Ambebi”yə məlumudur. Məxfilik şərti ilə onun tuneldən çıxarılaraq xəstəxanaya çatdırılması faktını hadisə şahidləri də təsdiqləyirlər, bununla belə, Regional İnkişaf və İnfrastruktur Nazirliyi, hansı ki, Avtomobil Yolları Departamenti də onun tabeliyindədir, tikilməkdə olan tuneldə sadəcə fəhlələrin ölməsi faktını deyil, həm də xəsarət almaları faktını da qəti şəkildə təkzib edir.
“Mtis Ambebi” Daxili İşlər Nazirliyinə də müraciət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kuşeti-Kobi tunelində fəhlələrin ölməsi və ya yaralanması ilə bağlı məlumatları yoxdur və müvafiq olaraq istintaqa başlanılmayıb.
Ötən ilin yayında tikilməkdə olan Kuşeti-Kobi tunelində dəm qazından bir fəhlə həlak olmuş, iki nəfər xəsarət almışdı. Qeyd edək ki, həmin vaxt heç bir dövlət qurumu hadisə ilə bağlı hər hansı məlumat yaymamışdı və gün ərzində “Mtis Ambebi”yə fəhlələrin xəsarət alması və ölməsi faktlarını təsdiqləyən olmamışdı. Daxili İşlər Nazirliyi yalnız mətbuatda məlumat yayılandan sonra açıqlamışdı ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin tikinti və ya digər işlərin aparılması zamanı insan tələfatına və ya digər ağır nəticələrə səbəbiyyət verən təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsinin 2-ci hissəsi ilə aparılır.
Dəm qazı tunel tikintisi partlayışı zamanı dərinlikdən gəlir, nə qoxusu, nə də dadı var və insanlar tərəfindən tamamilə hiss olunmadan yayılır, yüksək konsentrasiyalarda ağır zəhərlənməyə və ya ölümə səbəb olur.
Qar uçqunu təhlükəsi ilə əlaqədar Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bir neçə gün qadağan edilmişdi və bu gün axşam saatlarında bərpa edildi.
“Mtis Ambebi” əlavə təfərrüatları dəqiqləşdirməyə çalışır və məlumat yenilənəcək.
9 kilometrlik Kuşeti-Kobi tunelinin tikintisinə 2021-ci ilin mayında başlanılıb və onun qazılması qayalı süxurlarda aparılır. Layihə çərçivəsində ümumilikdə 23 km asfalt-beton yol, 5 körpü və 5 tunel tikilməlidir. Avtomobil Yolları Departamentindən verilən məlumata görə, yeni yol Kveşetidən Kobaya qədər olan məsafəni 11 km azaldacaq və yol 1 saat əvəzinə 15 dəqiqə çəkəcək. Layihənin ümumi dəyəri 1,2 milyard laridir. Tikinti Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin tamamlanması 2024-cü ilə planlaşdırılır. Yeni yol Xada vadisindən keçir və Gürcüstanla Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolun bir hissəsidir. Xaç aşırımında güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən qışda mövcud yol bir neçə gün dalbadal bağlanır, hər iki tərəfdə Rusiya, Türkiyə, Ermənistan və Azərbaycan nəqliyyat şirkətlərinin yük maşınlarının uzun növbələri yaranır. Xaç aşırımının bağlanması Kazbek sakinlərinə problemlər yaradır.