Sabah, mayın 15-də Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri - Baiba Braje, Marqus Tsahna, Tordis Kolbrun Reikfjord Gilfadottir və Qabrielius Landsbergis Gürcüstana səfər edəcəklər. Onlar artıq Gürcüstan hakimiyyətini rus qanununun qəbulu ilə bağlı qərara yenidən baxmağa çağırıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xarici işlər nazirləri Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, xarici işlər naziri İliya Darçiaşvili və parlamentdəki müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər. Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə də görüşlər nəzərdə tutulub.
Latviya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfər çərçivəsində Gürcüstanda baş verən cari hadisələr, o cümlədən “Xarici təsirin şəffaflığı haqqında” qanun müzakirə olunacaq.
Baltikyanı ölkələr və İslandiya artıq mayın 10-da rus qanununun Aİ norma və dəyərlərinə uyğun gəlmədiyi barədə bəyanat yayıb. Onların bəyanatına əsasən, qanun qəbul olunarsa, bu, Gürcüstanın Aİ-yə üzvlük yolunda mühüm rol oynayan media və vətəndaş cəmiyyəti təşkilatlarını susdurmaq üçün istifadə edilə bilər.
"Gürcüstan hökumətinin anti-Qərb ritorikası Gürcüstanın Avropa seçiminə ciddi təhlükə yaradır. Gürcüstana Aİ-yə namizəd statusu o mənada verilib ki, 9 addım tamamlanacaq. İndiki mərhələdə Gürcüstan hökuməti bu addımların yerinə yetirilməsi istiqamətində heç bir ümumi irəliləyiş əldə etməyib", - bəyanatda deyilir.
“Gürcü Arzusu” parlamentin bu gün keçirilən plenar iclasında bir aydır əleyhinə minlərlə nəfərlik nümayişin davam etdiyi rus qanununu üçüncü, yekun oxunuşda təsdiqləməyə hazırlaşır.
Bu proseslərə paralel olaraq Almaniya, Polşa, Çexiya, Litva və Estoniya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərindən ibarət Avropa nümayəndə heyəti Gürcüstana gəlib. Həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen Tbilisidədir, onunla “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili görüşdən imtina edib.
Qeyd edək ki, mayın 13-də “Xalqın Gücü”nün sədri Sozar Subar hakimiyyətə müraciət edərək Aİ ölkələri və ABŞ nümayəndələri ilə görüşməmək və onların Gürcüstana buraxılmağa layiq olub-olmamasını müzakirə etmək üçün müraciət etmişdi.