Latviya müğənni İrakli Pirtsxalavanı persona non qrata elan edib

Latviya Rusiyada işləyən gürcü əsilli müğənni İrakli Pirtsxalavanı persona non qrata elan edərək ölkəyə girişini qadağan edib. Bu barədə “X” sosial şəbəkəsində Latviyanın Xarici İşlər Naziri Baiba Braze yazır.

“Mən İrakli Pirtsxalavanın Latviya Respublikası üçün arzuolunmaz şəxslər (persona non qrata) siyahısına daxil edilməsi və qeyri-müəyyən müddətə Latviya Respublikasına girişinin qadağan edilməsi barədə qərar qəbul etdim. Qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qəbul edilib”, - deyə Baiba Braze bildirib.

Avqustun 2-də Riqa klublarından birində Pirtsxalavanın konserti planlaşdırılırdı. Bilet satışı hazırda dayandırılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur